Vəkil tələb olunur

İşəgötürən – Toca Residence
Namizədə tələblər:
Yaş: 28-40 yaş
Təhsil: Ali
İş təcrübəsi: 3 ildən yuxarı
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaq
Vəkil kimi ən az 3 il təcrübənin olması
Hüquqi şəxslərlə işləmək bacarığı
Analitik düşünmə və problemləri həll etmə bacarığı;
Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli;
Dil bilikləri: Azərbaycan, rus dili –yüksək səviyyədə, ingilis dili -arzuolunandır;
E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək bacarığı;
Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
Ünsiyyətqurma və komandada işləmək bacarığı;
Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi.
Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərinin qanunvericilik çərçivəsində həlli.
İş barədə məlumat:
Müraciətlər üzrə müxtəlif hüquqi sənədlərin (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlanması və aidiyyatı dövlət orqanlarına göndərilməsi;
Zərurət olduğu zaman şirkətin müvafiq dövlət orqanlarında və məhkəmələrdə təmsil edilməsi;
Mülki, Mülki – prosessual, cinayət, cinayət-prosessual, inzibati xətalar, əmək qanunvericiliyi ilə işləməyi bacarmaq;
Əməklə bağlı mübahisələrə və əmək müqavilələrinin təyinatına aid konsultasiya vermək;
Aidiyyatı orqanlara sorğu və müraciətlər göndərmək, daxil olmuş müraciətləri cavablandırmaq;
Rəhbərliyin göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
İş qrafiki: Hər həftə 1 dəfə olmaqla, iş saatı 9:00 – 19:00
Qeyd: Xarici təhsili olan şəxslərə üstünlük veriləcək. Uyğun namizədlər, ŞƏKİLLİ CV-lərini [email protected] ünvana göndərə bilərlər. Şəkilsiz və telefonla olan müraciətlərə baxılmır!
Vakansiyalar
- 1 gün, 17 saat, 53 dəq
- 5 gün, 17 saat, 43 dəq
- 5 gün, 17 saat, 46 dəq
- 6 gün, 11 saat, 1 dəq
- 6 gün, 11 saat, 43 dəq