Trawell Group mühasib axtarır

İşəgötürən: Trawell Group
Vakansiya: Mühasib
Son tarix: 20 avqust 2022
Departament: Maliyyə
İş yeri: Azərbaycan, Bakı
İş qrafiki: Tam / 09:00 – 18:00 (Bazar ertəsi – Cümə);
Yaş həddi: 30 yaşa qədər;
Əsas vəzifə öhdəlikləri:
-Pul vəsaitlərinin hərəkətinin təmin edilməsi (kassa mədaxil və kassa məxaric orderlərin yazılması );
-Vergi qanunvericiliyinin tələbləri üzrə E-Qaimə fakturalarının ,VHF yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
-Aylıq, rüblük və illik Vergi ( ÖMV, gəlir, mənfəət və s.) , DSMF və Statistika və digər əlaqəli bütün hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi, Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması ;
-Mühasibat uçotunun AR Vergi Məcəlləsinin tələbləri üzrə idarə olunması və sənədləşmələrin dəqiq və vaxtında yerinə yetirilməsi;
-Lazımi müqavilələrin hazırlanması və yenilənməsi;
-Maliyyə-Mühasibatlıq üzrə Program təminatı üzrə bütün Əməliyyatlarınn həyata keçrilməsi və sistemə daxil edilməsi;
-Məzuniyyətlərin sistemləşdirilməsi, ərizələrin və ƏMR-ləşmələrin edilməsi;
-Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkili;
-Bank əməliyyatlarının həyata keçirilməsi;
-Maliyyə Menecerinin tələb etdiyi bütün digər vəzifə öhdəlikləri;
Namizədə tələblər:
-Maliyyə, Mühasibatlıq və əlaqəli sahə üzrə Ali təhsil;
-Müvafiq sahə üzrə minimum 2-3 il professional iş təcrübəsi (Maliyyə-Consulting və Xidmət sahəsi üzrə fəaliyyət göstərən Şirkətlərdə təcrübə üstünlükdür);
-AR Vergi və Əmək məcəlləsi üzrə və Milli mühasibat uçotu standartları biliklər və praktiki təcrübə;
-E-gov.az, e-taxes.gov.az, e-sosial.az portallarda və həmçinin BTB Proqramı üzrə iş təcrübəsi;
-Yüksək riyazi zəka və analiz etmə bacarığı və həll yönümlü olmaq;
-Müqavilələrin hazırlanması üzrə təcrübə;
-ERP- və digər bu kimi Maliyyə proqramlarında təcrübə üstünlükdür.
-Microsoft Office proqramlarıda (xüsusilə Excel) praktiki olaraq yaxşı işləyə bilmək ;
-Disiplin, məsuliyyət, fokslu və cəld işləmə qabiliyyəti yüksək, diqqətlilik və dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq;
-Əla Azərbaycan dili və praktiki İngilis dili;
-ACCA -FA və digər ACCA və BM üzrə sertifikatlar üstünlükdür;
Təklif:
-Rəsmi Əmək Müqaviləsi ilə Əmək haqqı Net: 800-1000 AZN +KPI Bonus (təcrübədən asılı olaraq);
-Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı;
-Gənc, dinamik komandada lokal və qlobal startapların bir hissəsi olmaq.
Müraciət üçün emailə “Mühasib” başlığı ilə CV -lərinizi göndərə bilərsiniz. Yalnız tələblərə uyğun namizərdlər məqbul hesab ediləcəkdir.
Son Tarix: 20.08.2022
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 gün, 23 saat, 2 dəq
- 1 gün, 23 saat, 4 dəq
- 1 gün, 23 saat, 6 dəq
- 1 gün, 23 saat, 9 dəq
- 1 gün, 23 saat, 13 dəq