TID Consulting böyük mühasib axtarır
İşəgötürən: TID Consulting
Vakansiya: Böyük mühasib
Son tarix: 26 iyun 2022
İş barədə məlumat:
-Bank hesablarıı üzrə ödənişlərin həyata keçirilməsi;
-Vergi, DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi;
-Elektron Qaimə Hesab Fakturalarının işlənməsi;
-Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
-Debitor və kreditor hesablaşmalarına ciddi nəzarət olunması;
-Online kargüzarlıq və e- qaime portallardan istifadə etmə bacarığı;
-BTP proqramında (ƏDV,SV, Mənfəət,Əmlak,Torpaq MÖMV,ÖMV,Aksiz,Mədən,) hesabatların tərtib edilməsi;
-Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək.
Namizədə tələblər:
-Ali təhsilli olmalı (riyazi və ya iqtisadi sahə üzrə bitirənlərə üstünlük veriləcəkdir)
-Göstərilən sahə üzrə min. 3 il iş təcrübəsi
-MS Office (Excel proqramında yüksək səviyyədə işləmək bacarığı ) və 1C proqramlarında mükəmməl işləmək bacarığı
-Vergi Məcəlləsini bilməli
-Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
-Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
-Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
-Azərbaycan dili biliyi (rus dili arzuolunandır)
-Ünsiyyət qura bilmə bacarığı
Əmək haqqı namizəddən asılı olaraq müəyyən ediləcəkdir.
Maraqlanan şəxslər CV-lərini göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlərin CV göndərmələri xahiş olunur
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
1 gün, 1 saat, 36 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
4 gün, 7 saat, 25 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
6 gün, 6 saat, 17 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 6 gün, 6 saat, 51 dəq
- 1 həftə, 57 dəq