Texnoloji məzmun yaradan əməkdaş axtarılır – DİL BİLMƏK ŞƏRT DEYİL

Digər


İşəgötürən – Technote.az

2 vakant – texnoloji məzmun yaradan

– texnoloji məzmun yaza bilən əməkdaş (texnoloji məzmun tərtibatı, qısa yollar, cəmiyyətə faydalı və maraqlı olacaq texnoloji həlləri tapıb çıxaran və onu mətn formasına sala bilən əməkdaş)
– kibertəhlükəsizlik, kibergigyena və gündəlik kiberdələduzluq halları ilə bağlı məzmun yarada bilən, bunu aydın Azərbaycan dilində yazan əməkdaş.

Bizim tələblər:
– Azərbaycan dili mükəmməl səviyyədə olmalıdır. (xüsusilə yazma və yaratma)
– Xarici dil biliyində istədiyi dili bilsə kifayətdir. Dil bilməsə də olar, əsas araşdıra bilməkdir. Rus dili əlavə üstünlük SAYILMIR. Əsas işini bilsin. Araşdıracağı dil bizə vacib və maraqlı deyil.

Texniki biliklər:
– Smartfonlar haqqında dərindən məlumatlı olmaq.
– kompüterlər, çiplər və qrafik kartlar haqqında geniş bilgi sahibi olmaq.
– kibertəhlükəsizlik barədə geniş anlayışa malik olmaq. Dələduzluq və kibergigyenik qaydalardan anlamaq və onu izah etmək.
– cəmiyyətin, insanların tələbin anlamaq, izlənən, çox maraq doğuran texnoloji məsələləri tapmaq. Çox axtarılan texnoloji problemlərə həll yazmaq.
– bank tətbiqləri və həlləri ilə bağlı funksiya və imkanlardan məlumatlı olmaq.

Praktiki biliklər:
– məzmun və skript yaratma bacarığı.
– mövzunu axıcı işləmək və senariləşdirmək.
– dil qaydalarına əməl etmək, sadə dildə insanlara məzmun təklif etmək.
– rus və türk dilində olan sözlərdən istifadə etməmək.

Əmək münasibətləri:
– rəsmi əmək müqaviləsi
– hər əməkdaş üçün minumum 800 AZN aylıq əmək haqqı
– 10-7 həftənin 5 günü iş rejimi.

İşə qəbul:
– CV ilkin dəyərləndirmə
– Task əsaslı sınaq
– Müsahibə və test əsaslı sınaq
– Ödənişli (tam əmək haqqı) 1 aylıq test müddəti
– Əmək müqaviləsi

Müraciət forması:
– [email protected] ünvanına CV göndərmək.
– motivasiya məktubu arzuolunandır.
– yazdığınız sahə ilə bağlı məzmun linkləri arzuolunandır.

-Müraciət üçün son tarix uyğun namizəd tapılana qədərdir.
-Bir namizəd hər 2 işi görsə, daha çox əmək haqqı əldə edəcək.
-Əmək haqqı müraciət edən şəxsin təcrübəsinə və iş həcminə görə tənzimlənə bilər.
-Sahə ilə əlaqəsi olmayan şəxslərin müraciətinə geri dönüş olmayacaq.

Technote – texnologiya, sosial media, rəqəmsal marketinq, startaplar və mobil sektorda ixtisaslaşmış Azərbaycan dilində internet bloqudur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]