Tekstil fabrikinə “Baş mühasibin müavini” tələb olunur

Mühasib

muhasib


Bakı Tekstil Fabriki Baş mühasibin müavini vakansiyası elan edib.
Namizədə dair tələblər:
– Ali təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə)
– Rus və ingilis dilini bilmək üstünlükdür;
– Mühasibtlıq sahəsində azı 5 illlik iş təcrübəsi;
– Komandada işləmək, yüksək səviyyədə ünsiyyət bacarığı
– Analitik düşünmə qabiliyyəti,

Vəzifə öhdəlikləri:
– Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmcinin muhasibat uçotu registrlərində) düzgun əks etdirilməsinin, ona nəzarətin, məlumatların operativ təqdim edilməsində bilavasitə iştirak etməli;
– Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunun, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin, xərclər smetasının hazırlanmasının, məhsulun satışının, iş və xidmətlərin yerinə yetirilməsinin təşkilində iştirak etməli;
– Ştat, maliyyə və xəzinə intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsinin qanuniliyi, mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmalı;
– Müəssisənin əməkdaşlarına mühasibat uçotu, nəzarəti, hesabatı və iqtisadi təhlili məsələləri üzrə metodik köməklik etməli;
– Mühasibat hesabatının tərtib edilməsi üçün müvafiq sahələr üzrə məlumatları hazırlamalıdır və s.
– Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi

İş şərtləri:
– İş saatları- 09:00-18:00/6günlük
– Korporativ nömrə
– Ə/H-Razılaşma əsasında

Tələblərə uyğun şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına, “Baş mühasibin müavini” başlığı altında göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]