Superfon aparıcı mühasib axtarır

İşəgötürən: Superfon
Vakansiya: Aparıcı mühasib
Son tarix: 25 aprel 2023
İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
-Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması;
-Bank və kassa əməliyyatlarının icrası;
-Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
-Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanmalarının yoxlanılması və ödənişləri;
-Uçot üzrə bütün əməliyyatların 1C proqramına işlənilməsi;
-Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;
-Kiçik mühasiblərin işinə nəzarət etmək.
Namizədə tələblər:
-İş təcrübəsi: Müvafiq sahə üzrə min. 2 il
-Mühasibat uçotu, audit və maliyyə sahəsində ali təhsil;
-Riyazi hesablama aparma, analitik təhlil etmək qabiliyyəti;
-AR-sı Əmək və Vergi məcəlləsini, həmçinin tələb olunan digər qanunvericilik aktlarını bilmək;
-Milli mühasibat uçotu standartlarını bilmək;
-Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
-Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq.
Təminatlar:
-Nahar ilə təmin edilmə;
-Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
-Karyera yüksəlişi imkanı;
-Korporativ mobil nömrə.
CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Aparıcı mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Vakansiyalar
- 1 gün, 17 saat, 40 dəq
- 5 gün, 17 saat, 30 dəq
- 5 gün, 17 saat, 33 dəq
- 6 gün, 10 saat, 48 dəq
- 6 gün, 11 saat, 30 dəq