Startap şirkəti hüquqşünas axtarır
Vəzifə: Hüquqşünas
İşəgötürən: Push30 MMC
Müddət: 2022-02-12 – 2022-03-12
Şəhər: Bakı
Push30 sağlamlıq və fitnes sahəsində korporativ fayda təminatçısıdır. Biz korporasiyalara idman mərkəzləri şəbəkəmizi təklif edirik. Bundan əlavə, müştərilərimiz üçün turnirlər və tədbirlər təşkil edirik. Mobil tətbiqimizdə müştərilərimiz 60+ fitness studiyasını seçə və videolarımızdan faydalana bilirlər.
Push30-da bizə qoşulmaq üçün Hüquqşünas vəzifəsinə namizədlər axtarırıq!
Karyeranızı dinamik bir start-up da qurmaqda maraqlısınızsa, Push30 sizin üçündür!
Vəzifə öhdəlikləri:
-Yerli və beynəlxalq Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək və rəy vermək;
-Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
-Daxil olmuş sorğulara rəy və izahatlar vermək;
-Təşkilat daxilində qanunvericiliyin və korporativ aktları göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
-Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
-Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
-Korporativ hüquq fəaliyyət ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyəti struktur bölmələrlə razılaşdırmaq;
-Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;
-Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata keçirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
-Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
Vəzifəsindən irəli gələn digər tapşırıqları icra etmək.
Vəzifəyə dair tələblər:
-Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi arzuolunandır)
-Hüquq sahəsi üzrə azı 2 il iş təcrübəsinə və yaxud yüksək təhsil göstəricilərinə malik olmaq;
-Microsoft və ofis proqramlarını bilmək;
-Dil biliyi (İngilis dili məcburi)
-Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.
İş şəraiti:
-Həftənin 5 günü, saat 09:00-dan 18:00-a kimi
-Port Baku Residence yaxınlığında ofis (Üzeyir Hacıbəyov küç 57)
-Sürətli iş mühiti
-Gənc komanda
Əgər tələblərimizə cavab verirsinizsə və bu vəzifə ilə maraqlanırsınızsa, CV-nizi [email protected] ünvanına göndərin.
Vakansiyalar
-
1 ay, 2 gün, 7 saat, 23 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 5 ay, 6 gün, 8 saat, 18 dəq
- 6 ay, 4 gün, 10 saat, 11 dəq
- 9 ay, 1 həftə, 2 gün, 4 saat, 56 dəq
-
9 ay, 3 həftə, 27 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır