SOS Uşaq Kəndləri – Azərbaycan sosial pedaqoq axtarır

İşəgötürən: SOS Uşaq Kəndləri – Azərbaycan
Vakansiya: Sosial Pedaqoq
Son tarix: 27 iyun 2022
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Bakı SOS Uşaq Kəndi Qısa Müddətli Qayğı layihəsinə Sosial Pedaqoq vəzifəsinə iş elanı verir.
Qısa Müddətli Qayğı Layihəsində sosial pedaqoq 8 nəfər 3-14 yaşlı uşağın təlim-tərbiyə prosesini təşkil edir və həyata keçirir. Sosial pedaqoq layihə çərçivəsində qayğı görən hər bir uşağın fərdi planına əsasən hərtərəfli inkişafına məsuldur.
Profiliniz:
-Pedaqoji sahə üzrə ali və ya orta ixtisas təhsili;
-Əlaqədar sahə üzrə minimum 2 il iş təcrübəsi;
-Uşaq psixologiyası üzrə bilik;
-İlkin tibbi yardım bacarıqları;
-Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
-Yüksək kommunikasiya bacarıqları;
-Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq;
-Kompüter biliyi (MS Office);
-Azərbaycan dili biliyi. Rus dili biliyi arzuolunandır.
Vəzifə və öhdəliklər:
-Uşaqlara sosial, təhsil və sağlamlıq sahələrində lazımi dəstəyi göstərmək;
-Layihə çərçivəsində qayğı görən uşaqlar üçün müxtəlif məşğələlər təşkil etmək;
-Hər bir uşağın fərdi inkişaf planından çıxış edərək onun hərtərəfli inkişaf etməsini təmin etmək;
-Hər bir uşağın rifahı, təhlükəsizliyi və qayğı ilə əhatə olunması üçün məsuliyyət daşımaq;
-Müxtəlif məşğələlərdə inkişafetdirici mühitin yaradılmasını təmin etmək;
-Uşaqların Fərdi İnkişaf Planlarının hazırlanmasında iştirak etmək;
-Müxtəlif yaş qrup uşaqlarla iş qurmaq;
-Təhsil və səhiyyə ocaqları ilə əməkdaşlıq etmək.
-Layihə çərçivəsində göstərilən xidmətlər barədə tədbirlər planının hazırlanmasında iştirak etmək;
-Növbəli işləmək (gecələmək şərtilə 24 saatlıq (1 gün) iş, növbəti 72 saat (3 gün) istirahət günü olmaqla)
İş şərtləri:
-Ərazi – Bakı şəhəri;
-360.00 AZN (vergilər daxil) əmək haqqı;
-Növbəli iş rejimi;
-Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.
Təklifimiz:
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.
Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır) 10 İyun 2022-ci il tarixədək “Bakı SOS Uşaq Kəndi/QMQL_Sosial Pedaqoq” adlı başlıqla [email protected] e-poçt ünvanına göndərməyinizi xahiş edirik.
Əlaqə nömrəsi: 055 227 47 25
Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır
Vakansiyalar
- 1 gün, 19 saat, 19 dəq
- 5 gün, 19 saat, 9 dəq
- 5 gün, 19 saat, 12 dəq
- 6 gün, 12 saat, 27 dəq
- 6 gün, 13 saat, 9 dəq