Şirkətlər qrupu baş mühasib axtarır

İşəgötürən: Planet Şirkətlər Qrupu
Vakansiya: Baş mühasib
Son tarix: 12 may 2022
İş barədə məlumat:
-Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
-Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
-Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət
-E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
-E-portal proqramı ilə işləmək
-ƏDV,ÖMV, sadələşmiş gəlir, mənfəət, DSMF, statistika, məşğulluq və hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
-Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
-Gömrük işlərinin aparılması, məhsulların rəsmi sənədləşməsinə nəzarət
-Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
-Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi
-Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi
-Nahar şirkət tərəfindən verilir
Namizədə tələblər:
-Maliyyə-mühasibatlıq sahəsi üzrə Ali təhsil və ən az qeyd edilən vəzifə üzrə 5 il iş təcrübəsi (Tekstil sahəsinə üstünlük verilir) həmçinin bəy və ya xanım namizədlər CV göndərə bilər
-Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək
-İngilis və rus dilini əla səviyyədə bilmək
-AR-sı Əmək və Vergi məcəlləsini, həmçinin tələb olunan digər qanunvericilik aktlarını bilmək
-Milli mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək
-Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları
-Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
-Balansın çıxarılması üzrə biliklərə sahib olmalı.
İş yeri: Bakı
İş qrafiki: Həftə içi 5 gün stabil is rejimi (saat 09:00-dan 18:00-dək), şənbə bazar- istirahət günləri
Əmək haqqı: 1500-2000 AZN (Namizədin iş təcrübəsinə və bacarıqlarına görə dəyişə bilər)
Vakansiya üçün müraciət etmək istəyən uyğun namizədlər öz CV formasını [email protected] elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “Baş mühasib” sözləri yazılmalıdır).
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılib müsahibəyə dəvət olunacaqlar.
Vakansiyalar
- 1 ay, 2 həftə, 4 saat, 9 dəq
-
1 ay, 3 həftə, 4 gün, 23 saat, 40 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 7 saat, 38 dəq
- 2 ay, 3 gün, 7 saat, 28 dəq
- 2 ay, 3 gün, 7 saat, 31 dəq