Şirkət interyer dizayner axtarır

İşəgötürən: Collezione Italia
Vakansiya: İnteryer Dizayner
Son tarix: 20 aprel 2022
Vəzifə barədə məlumat:
-Müxtəlif dizayn işlərinin hazırlanması;
-Kreativ düşüncəli, zövqlü olmalı;
-Verilmiş təlimatlar və informasiya əsasında, dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
-Şirkətin dizayn tələblərinə uyğun olaraq mağaza dizaynının ideyasının konsepsiyadan təfərrüatlı dizayn mərhələsinə çatdırılmasını təmin etmək;
-Mağaza təmiri və alternativ vitrin formatları ilə bağlı müxtəlif dizayn formaları hazırlamaq və tətbiq etmək
-Aparılan işlər üzrə hesabatlar hazırlamaq;
-Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların işlənib təqdim edilməsi.
Tələblər:
-Ali təhsil (Memarlıq sahəsi üzrə ali təhsilinin olması arzu olunandır)
-Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi arzu olmalı;
-Proqram bilikləri: – Autocad , Photoshop, 3D max mükəmməl bilməli.
-SketchUp Pro və Archicad- proqramlarını bilməsi üstünlükdür
-Dil bilgiləri: Azərbaycan, Rus dillərində yüksək yazılı və şifahi nitq;
-Zəruri hallarda ölçü götürmək üçün məkana getməli;
-Planlaşdırma, analiz bacarığı, dəqiqlik, səbrlilik və punktuallıq;
-Stresə davamlılıq, nəticə yönümlülük;
-Komandayla çalışmağı bacarmalı, sürətli ve praktik olmalı.
Şərtlər:
-AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
-Lyuks brendlərlə çalışmaq imkanı;
-Həftə ərzində 6 iş günü; Bazar günü – istirahət
-İş saatı: 10:00-19:00.
-Əmək haqqı: 1400-1500 AZN
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “İnteryer Dizayner” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar
Vakansiyalar
- 2 gün, 15 saat, 32 dəq
- 2 gün, 21 saat, 13 dəq
- 2 gün, 21 saat, 17 dəq
- 2 gün, 21 saat, 23 dəq
- 3 gün, 20 saat, 39 dəq