Sirab ASC dispetçer axtarır (Nəqliyyat üzrə)

İşəgötürən: Sirab ASC
Vakansiya: Dispetçer (Nəqliyyat üzrə)
Son tarix: 21 avqust 2022
Əsas tələblər:
-Minimum təhsil dərəcəsi: Bakalavr;
-Komputer bilikləri: MS Office (Word, Excel, Outlook- yaxşı işləmə bacarığı)
-Dil bilikləri: Azərbaycan dili – əla;
-Minimum 2 il iş təcrübəsi ( müvafiq sahə üzrə);
-Yol-nəqliyyat işinin təşkilini bilməli;
Fərdi keyfiyyət göstəriciləri:
-Analitik düşünmə bacarığı;
-İdarəetmə bacarıqları;
-Komanda ilə işləmə bacarığı;
-Planlaşdırma və problem həll etmə bacarığı;
-Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
-İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil.
Digər tələb və üstünlük göstəriciləri:
-Mikro ERP proqramında işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
-Daşımalar üçün optimal marşrut xətlərinin hazırlanması;
-Yüklərin müştərilərə vaxtında və qüsursuz çatdırılmasını təşkili, bunun üçün zəruri tədbirlərin görülməsi;
-Sürücülərin işinin təşkil edilməsi və onların növbə planlarına və daşımalar üzrə tapşırıqların yerinə yetirilməsinə nəzarət edilməsi;
-Sürücülərə yol vərəqələrinin təqdim edilməsi və digər sənədlərin qəbul edilməsi, doldurulması, onların düzgün rəsmiləşdirilməsinin yoxlanılması;
-Nəqliyyat vasitələrinin göndərilməsinə və xətdən qayıtmasına nəzarət edilməsi;
-Yol nəqliyyat hadisələri, DYP və digər cərmələr haqqında xəbər aldıqda, dərhal rəhbərliyə məlumat verilməsi;
-Avtomobillərin təmirə dayanması ilə bağlı məlumat verilməsi və təmirə yönləndirilməsi;
-Yanacaq sərfi haqqında hesabatları hazırlaması, yanacaq kartlarının verilməsi;
-Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət edilməsi;
-Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
İş vaxtının norması:
-6 günlük növbəli iş rejimi;
-İstirahət günü: Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
-Əmək haqqı: 600- 700 AZN;
-Yemək və ya pulu şirkət tərəfindən;
-Korporativ telefon nömrəsi və danışıq paketi.
İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Nəqliyyat üzrə dispetçer” yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
- 1 ay, 1 həftə, 3 gün, 10 saat, 38 dəq
-
1 ay, 3 həftə, 1 gün, 6 saat, 9 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 3 həftə, 5 gün, 14 saat, 7 dəq
- 2 ay, 13 saat, 57 dəq
- 2 ay, 14 saat