Sheraton Baku Intourist hostess axtarır

İşəgötürən: Sheraton Baku Intourist
Vakansiya: Hostess
Son tarix: 16 iyun 2023
Ünvan: M. Useynov 51
İşin təsviri:
-Hər zaman müştərilərə eksklüziv, səmimi, nəzakətli və peşəkar xidmətlər təqdim etmək.
-Qonaqları qarşılamaq və qəbul etmək.
-Qonaqları masaya müşayiət etmək və menyunu təqdim etmək.
-Müştərinin restoranda olduğu ilk anlarda və daha sonra ona diqqətlə yanaşmaq.
-Müştərilərə xidmətlərin təqdim edilməsi ilə bağlı tövsiyyələr vermək, onları mövcud yemək və içki assortimenti ilə tanış etmək.
-Zal, bar, vitrinlərin və.s tərtibatına nəzarət etmək.
-Zalda təmizliyi və səliqəni təmin etmək.
-Münaqişəli vəziyyətlərin qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görmək.
-Müştərilərin qeyri-qənaətbəxş xidmətlə bağlı iradlarını nəzərdən keçirmək və müvafiq təşkilati-texniki tədbirləri həyata keçirmək.
-Müştərilərə göstərilən xidmətlərdə mövcud çatışmazlıqlar barəsində müdiriyyəti məlumatlandırmaq, onların aradan qaldırılması üçün tədbirlər görmək.
-Digər işçilər və şöbələrlə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək.
Namizədə olan tələblər:
-Xidmət sahəsində 1 ilə kimi iş təcrübəsinə malik olmaq;
-Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
-Azərbaycan, İngilis və Rus dillərində şifahi ünsiyyət qabiliyyətinə malik olmaq;
-Komandada işləmək bacarığı, gülərüzlü olmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Hostess” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına 16.06.2023-dək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
Vakansiyalar
- 2 gün, 6 saat, 38 dəq
- 2 gün, 6 saat, 41 dəq
- 2 gün, 23 saat, 56 dəq
- 3 gün, 38 dəq
- 3 gün, 40 dəq