Sahə rəisi tələb olunur

Direktor/Sədr

sahə rəisi


İşəgötürən – ArchiCO


İş yeri: Bakı şəhəri və Azərbaycanın müxtəlif rayonları.

Vəzifə öhdəlikləri:

Tikinti proseslərinin idarə edilməsinin təşkil olunması;

Tikinti qanunvericiliyinə əsasən razılaşdırma sənədlərinin alınmasına lazım olan sənədlərin, məktubların hazırlanması və prosesin idarə edilməsi;

Layihənin vaxtında və keyfiyyətlə tamamlanmasına cavabdehlik daşıması;

Tikinti proseslərinin planının, iş qrafikinin və iş həcmlərinin müəyyən edilməsi;

Tikinti layihəsinin təchizat qrafikinin təşkil edilməsi;

Tikinti layihəsinin maliyyə hesabatlarının tərtibi, gəlir və mənfəət göstəricilərinin analizi;

Keyfiyyət parametrlərinə xələl gətirmədən xərclərin optimallaşdırılması və mənfəətin artırılması üçün tədbirlərin həyata keçirilməsi;

Tikinti layihəsinə cəlb edilmiş subpodratçı təşkilatların və Şirkət daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;

Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;

Sifarişçi və layihə təşkilatları arasında koordinasiya funksiyalarının icra olunması;

Tələb olunduqda icraata təqdim edilmiş tikinti layihəsinin smetasının hazırlanması və Baş ofisə təsdiq üçün təqdim edilməsi;

Sahədə yerinə yetirilmiş tikinti işlərinin Forma-2 sənədlərinin təsdiq olunması;

Layihə üçün aylıq Forma-2 sənədlərinin hazırlanması və baş ofisə təqdim edilməsi;

Tabeliyində olan sahə mühəndisləri/iş icraşıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;

Xarici və ya yerli sifarişçi ilə keçirilən toplantılarda Şirkətin təmsil olunması;

Əməkhaqqı müsahibənin nəticəsinə əsasən təyin olunacaqdır. 

Namizədə olan tələblər:

İnşaat mühəndisliyi üzrə ali təhsil;

Tikintidə 10 il, rəhbər vəzifədə 5 ildən az olmayan iş təcrübəsi;

Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması;

MS Office; AutoCad, internet, MS Project, PrimaVera proqramlarında işləmə bacarığı;

İngilis (əla səviyyə) və rus (yaxşı səviyyə) dili biliklərinin olması.

Ezamiyyələrə hazır olması.

Əməkhaqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaq.

CV və tövsiyyə məktublarınızı “Sahə rəisi” başlığı ilə    [email protected]   adresinə göndərməyiniz xahiş olunur. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]