Ram Holding İR biznes analitik axtarır

Analitik


İşəgötürən: Ram Holding

Vakansiya: İR Biznes Analitik

Son tarix: 01 oktyabr 2022

Nə istəyirik:

Namizədin aşağıda qeyd olunan istiqamətlər barədə məlumatlı olmasını, bunlardan ən az biri üzrə (bir neçəsi üstünlükdür) ən az 6 ay iş təcrübəsi olmasını: 

-İş və iş yükü analizləri sahəsində;

-Biznesin İR baxımından təhlili sahəsində;

-İR idarəedilməsinin təşkilati inkişaf, fərdi inkişaf, biznes tərəfdaşlığı və s. sahələrində;

-Dərəcələndirmə sistemlərinin tərtibi sahəsində;

-Təşkilati strukturların tərtib olunması layihələrində;

-Vəzifələr və rollar, səlahiyyət və məsuliyyət matrislərinin hazırlanması və s. sahələrdə.

Digər istəklərimiz:

-İngilis dili və Rus dili bilikləri – özünü inkişaf etdirmək və təlimlərdə iştirak üçün lazımlıdır;

-Yüksək danışıq və yazışma bacarıqları – vəzifəsini keyfiyyətli icra etmək üçün gərəklidir;

-Analitik düşünmə və problem həlletmə bacarıqları – tapşırıqları təhlil etmək, işləri mükəmməl icra etmək üçün zəruridir;

-MS Excel (yüksək səviyyədə) – datalarla işləmək və hesabatlar hazırlamaq üçün vacibdir;

-MS Visio ilə işləməyi bacarmalı – iş axışı xəritələrinin hazırlanması üçün gərəklidir, minimal istifadəni özümüz də öyrədirik və göstəririk :);

-MS Projects (başlanğıc səviyyə) – işlərini və tapşırıqlarını, layihələrini planlaması üçün lazımdır;

-Zərurət olduğu təqdirdə, ezamiyyətlərə getməyə hazır olmalı – müxtəlif bölgələrdə ofislərimiz olduğu üçün, bəzən zərurət yaranır.

İcra edəcəyiniz fəaliyyət istiqamətləri:

-İş analizlərini icra etmək;

-İş yükü analizlərini icra etmək;

-Vəzifələr üzrə funksiyaların yenidən tərtib olunmasında iştirak etmək və təkliflər vermək;

-İR metrikaları ilə bağlı məlumatları müxtəlif mənbələrdən toplamaq və emal etmək;

-Emal etdiyi məlumatları statistik, riyazi və biznes yönümlü təhlil etmək, trendləri müəyyən etmək;

-Təhlil etdiyi məlumatları işə qəbul, işçi əldə saxlama, işçi motivasiyası, turnover, involvement, komplayns və s. İR prosesləri baxımından hesabatlara əks etdirmək;

-Təqdimatlar hazırlamaq;

-Əməkdaşların hədəf meyarlarına əsasən qısa və uzunmüddətli hədəflərə çatma faizləri və s. KPI-ların nəticələri ilə bağlı hesabatları tərtib etmək;

-KPI-ların və hədəflərin təyin olunması üçün təhlil nəticələri ilə dəstək vermək;

-Göstəricilərə və təhlillərə əsaslanaraq proseslər, prosedurlar və aktivlikləri inkişaf etdirərək təşkilatın inkişafına töhfə verəcək tövsiyələr vermək;

-İşçi axışını önləmək, əldə saxlamanı təmin etmək, işçi loyallığını, motivasiyasını və effektivliyini artıracaq təhlillərə əsaslanan tövsiyələr vermək;

-Vəzifələrin dərəcələndirilməsi və ya yenidən dəyərləndirilməsi proseslərində iştirak etmək və tövsiyələr vermək;

-Əmək haqqı sistemlərinin tərtibində iştirak etmək və tövsiyələr vermək;

-İnsan Resursları proseslərinin effektivliyini təhlil etmək və tövsiyələr vermək.

Nə vəd edirik:

-Mehriban və peşəkar kollektiv;

-Karyerada yüksəlmək imkanı;

-Komanda olaraq Bakı şəhərində və Azərbaycanın istirahət bölgələrində mütəmadi aktiv sosial fəaliyyətlər, “teambuilding”lər, asudə vaxt tədbirləri;

-Fərdi inkişaf proqramları;

-Yeni trendlərə uyğun daxili və xarici təlimlər;  

-Holdingdə həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;

-Rəqabətədavamlı əməkhaqqı;

-Korporativ mobil nömrə;

-İş qrafiki : Tam iş günü (5 gün);

-İş saatları: 08:30-17:30;

-İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. (21 saylı məktəbin yaxınlığında).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İR Biznes Analitik” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]