SOCAR-ın baş ofisində iş imkanları

SOCAR-ın Baş ofisinin Portfel İdarəetməsi və İnvestisiya Monitorinqi Departamentində şöbə rəisi və investisiya üzrə böyük analitik vakansiyaları üzrə təcrübəli namizədlər axtarılır.
Vakansiyalar:
– Portfel idarəetməsi şöbəsinin rəisi;
– İnvestisiya monitorinqi şöbəsinin rəisi
– Biznes fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi şöbəsinin rəisi;
– Aparıcı iqtisadçı (İnvestisiya üzrə böyük analitik(portfelin idarə edilməsi)).
Tələblər:
– Ali təhsil (İqtisadi sahələr üzrə);
– Müvafiq sahə üzrə 3-8 il iş təcrübəsi (Müddət vəzifə kateqoriyasından asılı olaraq dəyişir);
– Maliyyə sahəsi üzrə beynləxalq sertifikatlar arzuolunandır (CİMA, ACCA, CFA);
SOCAR əməkdaşı olmağın üstünlükləri:
– Peşəkar iş mühiti;
– Rəqabətə davamlı əmək haqqı;
– Əməkdaşların davamlı peşəkar inkişafı;
– Şirkət hesabına xaricdə təhsil imkanı (Xarici Təqaüd Proqramı);
– Tibbi sığorta və inzibati binada fitnes zalı;
– Nahar təminatı və nəqliyyat xidməti.
SOCAR komandasına qoşularaq peşəkar karyerasını neft-qaz sektorunda davam etdirmək istəyən namizədlər [email protected] mail ünvanına mövzu başlıq yerinə müvafiq vakansiya adını yazmaqla öz CV-lərinə göndərə bilərlər. Əks təqdirdə digər müraciətçilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 6 saat, 37 dəq
- 6 saat, 44 dəq
- 6 saat, 48 dəq
- 6 saat, 51 dəq
- 6 saat, 58 dəq