Muğanbank vakansiyalar elan edir

Analitik

kredit mütəxəssisi


1. Lombard kreditləri üzrə mütəxəssis

Maaş: 500 – 1000 manat (satışa görə əlavə bonus)

Şəhər: Bakı

Yaş: 20 – 45

Təhsil: Ali

İş təcrübəsi: 1 il

E-mail: [email protected] 

Vəzifəyə olan tələblər:

– Potensial müştərilərin axtarışı və cəlb edilməsi;

– Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;

– Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək;

– Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;

– Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək;

– İş vaxtı – Həftə içi – 09:00-18.00

Namizədə tələblər

– Bank, Kredit təşkilatı və-ya Lombardda təcrübə;

– Mövcud Lombard portfeli olan mütəxəssislərə üstünük verilir

– Stressə davamlılıq və kollektivdə işləmək bacarığı

2. Əməliyyat üzrə mütəxəssis

Maaş: 500 – 800 AZN

Şəhər: Bakı

Yaş: 25 – 35

Təhsil: Ali

İş təcrübəsi: 3-5 il

E-mail: [email protected]

Vəzifəyə olan tələblər:

– Hüquqi və fiziki şəxslərə Bank hesablarının açılması ;

– Valyuta və manat əməliyyatları; 

– Depozitlərin qəbul edilməsi ;

– Təcili pul köçürmə sistemləri;

– Qüvvədə olan bank qanunvericiliyini və normativ-hüquqi aktları bilməsi

 İş vaxtı – həftədə 5 gün, 09.00-dan 18.00-dək

Namizədə tələblər

– Ali təhsil;

– Azı 3 il bank sahəsində iş təcrübəsi 

– Ofis proqramlarında sərbəst işləmək bacarığı;

– Azərbaycan, ingilis və rus dillərində danışıq bacarığı;

– Analitik düşünmə və düzgün dəyərləndirmə qabiliyyəti;

– Ünsiyyət qurma bacarığı və müştəri ilə işləmək bacarığı;

– İşinə məsuliyyətli yanaşma  

3. Biznes proseslərinin idarəedilməsi departamentində analitik

Maaş: 800-1000 AZN

Şəhər: Bakı

Yaş: 25 – 35

Təhsil: Ali

İş təcrübəsi: Azı 1 il bank stajı

E-mail: [email protected]

Vəzifəyə olan tələblər:

– Proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri

– Tələblərin izlənilməsi

– Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi

– Biznes tələblərinə görə hesabatların hazırlanması

– Bankın fəaliyyətinə dair məlumatların təhlillinin həyata keçirilməsi

– Əldə edilmiş nəticələrə görə gələcək dövr üçün proqnozların verilməsi

– Maliyyə bazarının analizi

– Müxtəlif analitik materialların hazırlanması

– Ayrı-ayrı mənbələrdən təmin edilən məlumatların standartlasdırılaraq məlumat bazasına yüklənməsi

– Gündəlik müxtəlif növ tapşırıqlara uyğun dataların hazırlanması

– Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi

– Məlumat bazalarından əldə edilən statistik datanın davamlı əsaslara təmizlənməsi, strukturlaşdırılması və vizuallaşdırılaraq, mütəmadi hesabatların təqdim edilməsi

– Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması, yenidən öyrədilməsi

– Müvafiq mürəkkəblik səviyyəsində qabaqcıl analitik modelləri inkişaf etdirmək və biznesin yaxşılaşdırılması üçün həll yolları təklif etmək

– Biznesdə maraqlı tərəflərin sorğularını şərh etmək və biznes problemləri üzrə həll olunan məlumat bazaları hazırlamaq, uyğun metodologiyanı seçmək və düzgün istifadə etmək bacarığı;

– Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işləmək

– Əla ünsiyyətqurma və məlumatı vizuallaşdırma bacarıqları, əldə olunan nəticələri təqdim etmək üçün uyğun ünsiyyət və vizual dizayn seçimlərini müəyyən etmək qabiliyyəti;

– Biznes müzakirələri aparmaq (məsələn, hədəfləmə və seqmentləşdirmə strategiyaları) üçün müştəri davranışı haqqında məlumatların əldə edilməsi və nəticələrin biznes tərəfdaşlarına və yüksək səviyyəli liderlərə aydın şəkildə çatdırılması

 İş vaxtı – həftədə 5 gün, 09.00-dan 18.00-dək

Namizədə tələblər

– Ali təhsil (iqtisadiyyat, maliyyə, statistika və Kompüter elmləri, Kompüter mühəndisliyi və Riyaziyyat ixtisasları üzrə olması arzu olunandır)

– Analitik kimi minimum 1 il iş təcrübəsi (Bank təcrübəsinin olması arzuolunandır)

– İnformasiyanın təhlili, sistemləşdirilməsi və ümumiləşdirilməsi, təhlil nəticələrinin struktur təqdimatı bacarıqları

– Statistik verilənlər bazaları ilə iş təcrübəsi, maliyyə hesabatlığını bilmək

– Bank biznes proseslərini anlamaq

– Bazarın əsas oyunçularını tanımaq 

– Səlis Azərbaycan və İngilis dili (Rus dili biliyi arzuolunandır)

– Sistemli yanaşma, informasiyasını qurmaq və tapşırıqların alternativ həll yollarını tapmaq bacarığı 

– Çoxsaylı tapşırıqları paralel icra edə bilmək, məsuliyyət, unsiyyət və sərbəst işləmək bacarıqları 

– Ofis proqranlarında işləmə bacarığı (Excel, Word, Power Point) Yüksək səviyyədə MS Excel biliyi

– Kodlaşdırma bacarıqları (Python, R və ya bənzəri kimi)

– Analitik vasitələr təcrübəsi (SQL və ya bənzəri kimi)

– Datanın emal edilməsi və strukturlaşdırılmasını yüksək səviyyədə bacarmalı;

– Məlumatların vizuallaşdırılması (Tableau, Power BI və ya digərləri)

– Böyük məlumat bazasının təhlilin aparılması

– Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti 

– Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsi

– Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər

– Adaptasiya və sərbəst araşdırma qabiliyyəti

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]