İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə “Biznes analitik” tələb olunur

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Biznes analitik” vakansiyasını elan edib.
Vəzifə öhdəlikləri:
– Layihə çərçivəsində qurumlarla görüş və analitik müsahibələrin həyata keçirilməsi;
– Sahələr üzrə tələblərin müəyyən edilməsi, toplanılması və təhlil edilməsi;
– Tələblər əsasında sistemin məntiqi dizaynının, müxtəlif tipli diaqramların, blok-sxemlərin, interfeys eskizlərinin, sistem analiz, texniki tapşırıq və layihə planı sənədlərinin hazırlanması;
– Qurumun fəaliyyəti nəzərə alınmaqla müxtəlif istiqamətlərdə araşdırmaların aparılması və təhlillərin hazırlanması;
– Beynəlxalq təcrübədə baş verən inkişaf meylləri nəzərə alınmaqla araşdırmaların aparılması, təkmilləşdirilmə təkliflərinin verilməsi və prosesdə iştirakı;
– Şöbənin fəaliyyətinin təşkili üzrə normativ metodoloji bazanın yaradılması və təkmilləşdirilməsi prosesində iştirakı;
– Vəzifəsi üzrə departament və şöbə rəhbəri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi;
Tələb olunan bilik və bacarıqlar:
– Ali təhsil (İnformasiya və kommunikasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir)
– Biznes proseslərinin analizi üzrə minimum 1 il iş təcrübəsi
– Dil bilikləri: Azərbaycan dili – əla, ingilis və ya rus dili – yaxşı
– Microsoft Office proqramlarını (Excel, Word, Visio, PowerPoint) yaxşı səviyyədə bilməli
– Balsamiq, Miro, Jira, Redmine kimi tətbiqlərdən istifadə etmə bacarığı arzuolunandır
– SDLC – Proqram təminatının həyat dövrü sahəsində baza biliklərinin olması
Fərdi keyfiyyət tələbləri:
-Nəticəyə əsaslanmaq, komanda işini və dinamikanı anlamaq, vaxtın idarəolunması bacarığı;
– Yüksək ünsiyyət, təqdimetmə və komandada işləmək bacarığı;
– Məsuliyyətli, diqqətli, təşəbbüskarlıq və işgüzarlıq bacarıqları;
– Strateji düşünmə və analitik təhlil bacarığı;
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Biznes analitik” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 1 ay, 1 həftə, 6 gün, 23 saat, 9 dəq
-
1 ay, 3 həftə, 4 gün, 18 saat, 40 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 2 saat, 38 dəq
- 2 ay, 3 gün, 2 saat, 28 dəq
- 2 ay, 3 gün, 2 saat, 31 dəq