Baş biznes analitiki tələb olunur

Analitik


İşəgötürən – AZSOFTWARE SYSTEM

Təsvir:

Təşkilatlarda İnformasiya texnologiyaları (IT) sistemlərini və proseslərini təkmilləşdirmək imkanlarını müəyyənləşdirmək;

IT sistemlərinin layihələndirilməsi və saxlanmasına cavabdeh olan texniki qruplarla kommunikasiyalı şəkildə işləməklə, tələb və istəkləri toplayaraq təşkilatın mövcud imkanlarını nəzərə almaqla modelləşdirmə alətləri və təhlil metodları vasitəsi ilə prosesləri təsvir etmək.

İT layihələrin planların planlaşdırılmasıvə təkmilləşdirilməsinə dair təklifləri, texniki tapşırıq və digər analiz sənədlərini hazırlamaq;

Təşkilatın strategiyasını, fəaliyyət istiqamətlərini və bazar yanaşmalarını analiz etməklə rəqəmsallaşma  proseslərin təyin etmək.

Beynəlxalq praktikada baş verən inkişaf meylləri nəzərə alınmaqla sahə üzrə araşdırmalar aparmaq;

Mövcud informasiya resursları və istifadə olunan texnologiyaların ekspertizasını aparmaq;

Biznes proseslərin analizi, use-case və digər diaqramlar əsasında tələblərin təyin edilməsi, biznes analistlər üçün effektiv ünsiyyət formasının, biznes ehtiyaclarına cavab verən texniki həlləri layihələndirmək və inkişaf etdirmək üçün proqramçılar və digər İT komandalarla ilə əməkdaşlıq etmək;

Layihə menecerləri, məhsul sahibi, İT yazılım komandaları və digər komanda üzvləri ilə sıx əməkdaşlıq etmək;

Texniki məlumatların qeyri-texniki maraqlı tərəflərə aydın və başa düşülən şəkildə kommunikasiya etmək;

Müvafiq sahə üzrə qanunvericilik və normativ aktları dərindən başa düşmək;

Rəhbəri tərəfindən verilən tapşırıqları yerinə yetirmək.

Tələblər:

Ali təhsil;

Müvafiq sahə üzrə ən azı 5 (beş) il iş təcrübəsi;

Texniki bilgilər (Proqram təminatının arxitekturası, SQL, Data baza, UI/UX dizayn, Proqram təminarları) “Visio”, “Jira”, “Figma”, “Canva”, “draw.io”, BPMN, müasir alətlərdən bir və ya bir neçəsi üzrə praktiki bacarıqlara malik olması.

Yazılı və şifahi ünsiyyət bacarıqları, peşəkar təqdimat hazırlamaq və təqdim etmək bacarığına sahib olmaq;

Analitik düşüncə və detallara diqqət bacarığı.

İngilis dili biliyi – yüksək texniki səviyyədə; Rus dili biliyi – orta səviyyədə;

Sahə üzrə sertifikatlara malik olmaq üstünlükdür.

Əmək haqqı: 2000 AZN.

Adres: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]