“Rabitabank” kredit və bazar riskləri şöbəsinin rəisi axtarır
“Rabitabank” ASC Kredit və bazar risklərinin idarə olunması şöbəsinə “Şöbə rəisi” vakansiyası üzrə işə qəbul elan edir.
Şəhər -Bakı
Vəzifə öhdəlikləri
-Kredit risklərinin idarəedilməsi metodologiyasının inkişaf etdirilməsi, inteqrasiya edilməsi və davamlılığının təmin edilməsi;
-Bütün kredit məhsul seqmentləri üçün qiymətləndirmə modellərinin işlənilməsi və daim yenilənməsi;
-IFRS9 standartlarına uyğun olaraq bankın bütün aktiv seqmentləri üzrə ehtiyyatların yaradılması və modelin daimi yenilənməsi.
-MB-nın qüvvədə olan qaydalarına uyğun olaraq kreditlərin düzgün və vaxtında təsnifləşdirilməsinin təmin edilməsi;
-Kredit riski limitlərinin hesablanması və limit siyasəti və çərçivə yeniləmələri üçün tövsiyələrin verilməsi;
-Bankda risk mədəniyyətinin təkmilləşdirilməsi alətlərinin təmin edilməsi və risk imkanlarının səviyyəsinin artırılması;
-Əsas risk faktorlarının müəyyən edilməsi və monitorinqi, həmçinin təklif olunan həlləri hazırlamaq üçün portfel səviyyəsində məlumatların təhlil edilməsi
-Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
– Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi, modellərin daimi təkmilləşdirilməsi və nəticələri ilə bağlı hesabatların verilməsi;
– Statistik modellərin hazırlanması və mövcud kredit risklərini qiymtləndirən modellərin yenilənməsi;
– Bankın kapital, valyuta və faiz dərəcəsi risklərinin idarə edilməsi üçün tətbiq edilmiş strategiyanın tələblərinin icra edilməsi;
– Bazar riskinin idarə edilməsi üzrə daxili siyasət və prosedurların daim yenilənməsi, dəstəklənməsi və icrasının təmin edilməsinə nəzarət;
– Bazar riskinin təhlili, idarə edilməsi və bazar göstəriciləri üzrə hesabat və proqnozların hazırlanması;
– Bazar risklərinin idarə edilməsi üçün erkən xəbərdarlıq sisteminin qurulması;
– Bazar riskləri üzrə stress test modellərin qurulması və onların daimi yenilənməsi;
– Aidiyyatı üzrə gündəlik, aylıq və rüblük hesabatların hazırlanması və təqdim edilməsi.
Vəzifəyə dair tələblər
-Bazar və kredit riskləri sahəsində minimum 5 il iş təcrübəsi;
-Yüksək dərəcədə analitik düşüncə, təşkilatçılıq və qərarvermə qabiliyyəti;
-Dəqiqlik, məsuliyyət və düzgünlük;
-Komandada işləmək bacarığı;
-Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
-MS Office proqramlarında (xüsusi ilə, Excel, SPSS) keyfiyyətli işləmək bacarığı;
-Məlumat və informasiyaların məxfi saxlanılmasına riayət etmək;
-Azərbaycan Respublikası Bank və Mülki qanunvericiliyini bilmək;
-Lazım gəldikdə ölkə ərazisində ezamiyyətə getmək imkanı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron [email protected] ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kredit və bazar riskləri şöbəsinin rəisi” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33.
Mail: [email protected]
Vakansiyalar
-
3 gün, 10 saat, 52 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
5 gün, 9 saat, 44 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 5 gün, 10 saat, 18 dəq
- 6 gün, 4 saat, 24 dəq
- 6 gün, 23 saat, 38 dəq