PMD Projects LLC aparıcı topoqraf axtarır

İşəgötürən: PMD Projects LLC
Vakansiya: Aparıcı topoqraf
Son tarix: 22 avqust 2022
Vəzifə öhdəlikləri:
-Layihələrin ilkin mərhələlərində, detallı axtarış və kəşfiyyat etmək, sahə analizləri aparmaq;
-Çöl ölçmə və kameral emal işlərin planlaşdırılması, normativ sənədlərin tətbiq olunması və onların tələblərinə riayət olunması;
-Podratçı və subpodratçı şirkətlərin geodeziya xidmətlərinin monitorinqinin aparılması (çöl işləri jurnalının doldurulması, vaxtı-vaxtında və keyfiyyətli icra çəkilişlərinin aparılması, açıq xəndəklərdə yeraltı kommunikasiyaların icra çəkilişlərinin aparılması, geodeziya icra sənədlərinin tərtib edilməsi, saxlanılması və əlaqədar qurumlara ötürülməsi);
-Mürəkkəb geodeziya işlərinin yerinə yetirilməsində iştirak etmək;
-Tikinti-quraşdırma işləri zamanı təhkim edilmiş personalın işinə seçmə üsulla nəzarət edir, aşkarlanmış nöqsanlar barədə layihəçi, rəhbərlik və digər texniki personala məlumat verməklə inşaat jurnalına qeyd edilməsini təmin etmək;
-İnşaatı tamamlanmış obyektlərin təhvilində iştirak etmək;
-Təhkim edilmiş köməkçi heyətin işlərinin təşkil və koordinasiya edilməsi;
-Zəruri hesabatların hazırlanmasını təmin etmək;
-Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək;
-Layihənin tender prosesinə (geodeziya ilə əlaqədar) texniki dəstək göstərmək, spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək.
Tələblər:
-Ali təhsil: Geodeziya və xəritəçəkmə mühəndisliyi ixtisası üzrə ali təhsil
-İş təcrübəsi: Müvafiq sahə üzrə mülki tikintidə minimum 3 il iş təcrübəsi.
-Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – orta
-Kompüter bacarıqları: MS Office, Autocad, Civil 3D
Maraqlanan şəxslərdən CV – lərini vəzifə adı göstərilməklə [email protected] email ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
- 6 saat, 45 dəq
- 4 gün, 10 saat, 47 dəq
- 4 gün, 16 saat, 28 dəq
- 4 gün, 16 saat, 32 dəq
- 4 gün, 16 saat, 38 dəq