PASHA Həyat proqramlaşdırma və dəstək bölməsinin baş mütəxəssisi axtarır (proqramçı)

İşəgötürən: PASHA Life
Vakansiya: Proqramlaşdırma və dəstək bölməsinin baş mütəxəssisi (proqramçı)
Son tarix: 11 may 2022
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 2 (iki)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 10 may 2022-ci il
Vəzifə Öhdəlikləri:
-Şirkətin, onun filial və nümayəndəliklərinin işinin avtomatlaşdırılması üçün idarəetmə sistemlərinin yaradılması istiqamətində proqram təminatını, onun tətbiqi üçün verilən tapşırıqları analiz etmək;
-Proqram təminatı bölməsi üzrə təhkim edilmiş Komanda ilə birlikdə işləmək;
-Proqram kodlarının hazırlanması
-Unit Test Modulların hazırlanması,
-Texniki Test mərhələlərinin aparılması
-Proqram təminatının hazırlanması üçün tapşırıqları izləmək,
-Gündəlik Komanda görüşlərində iştirak etmək, təlimatlar üzrə nəzərdə tutulan işlərin həyata keçirmək və nəzarət etmək
-Biznesə dəstək məqsədi ilə məhsullar üzrə verilmiş texniki tapşırıqların analiz olunması və öncədən görülə biləcək problemləri
-Nəzərdə tutulan Yeni informasiya texnologiyalarının və proqram təminatının təkmilləşdirilməsini həyata keçirmək və şirkətin iş fəaliyyətində onların tətbiq edilməsini həyata keçirmək;
-Şirkətin, PO və Birbaşa rəhbərlərin sifarişlərini vaxtında və lazımi səviyyədə icra etmək;
-Biznesə dəstək məqsədi ilə məhsullar üzrə verilmiş texniki tapşırıqların analiz olunması və avtomatlaşdırılmasını idarə etmək;
-Daxili proseslərin analiz olunması və avtomatlaşdırılmış hesabat sisteminin qurulmasını idarə etmək;
-Web & Win servisləri hazırlamaq;
-Yeni yazılmış prosedur və funksiyaları test etmək;
-Proqramçı olaraq şirkətin İT strategiyasına və tələblərinə uyğun proqram təminatlarından istifadə etmək və standartlar daxilində BackEnd proqramlaşdırma üzrə taskların yerinə yetirilməsini təmin etmək
-Daima yenilikləri izləmək və təkliflərini birbaşa rəhbərlərinə, Məhsul sahiblərinə bildirmək
Namizədə olan tələblər:
-İş təcrübəsi: İnformasiya texnologiyaları üzrə 2 il iş təcrübəsi tələb olunur.
-Təhsili/ixtisası: İnformasiya Texnologiyaları, Riyaziyyat və ya Kibernetika ixtisaslar üzrə bakalavr dərəcəsi
-Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: orta
-Üstünlüklər: Microservis Arxitekturasında və digər proqramlaşdırma dillərində işləmə bacarığı üstünlükdür
-Kompüter bilikləri: C#:əla , ASP.Net Core Web API: əla , ASP.Net Core MVC: əla, MSSQL (T-SQL): əla
-Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, dəyişikliklərə uyğunlaşma
İmtiyazlar:
-Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 8 saat
- 8 saat, 2 dəq
- 8 saat, 4 dəq
- 8 saat, 5 dəq
- 8 saat, 8 dəq