Optimal Finance BOKT baş mühasib axtarır

Mühasib


İşəgötürən: Optimal Finance BOKT

Vakansiya: Baş mühasib

Son tarix: 25 may 2022

Tələblər:

-Ali təhsil (maliyyə istoqamətində);

-Bank sahəsində baş mühasib vəzifəsində ən azı 2 il iş təcrübəsi;

-Vergi Məcəlləsi, Mülki Məcəllə və Sosial sığorta haqqında qanun üzrə mükəmməl biliklər;

-Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;

-MUP (mühasibat uçotu proqramları) və MS Office, xüsusilə MS Excel üzrə qabaqcıl istifadə bacarıqları;

-Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;

-Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq

Əsas vəzifələr:

-Vergi, Sosial Müdafiə, Mərkəzi Bank, Statistika və digər nəzarət orqanlarına aylıq, rüblük, illik hesabatlar və bəyannamələrin hazırlanmasını təmin etmək; 

-Qanunvericilikdə baş verən müvafiq dəyişiklikləri müntəzəm izləmək, şirkətin proseslərinin müvafiq qaydada uyğunlaşmasını həyata keçirmək;

-Vergi planlaması və vergi risklərin azaldılmasına dair işlər aparmaq;

-Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;

-Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin etmək;

-Vergi və digər dövlət qurumları ilə yazışmalar və müzakirələr aparmaq;

-Müasir hesablama texnikası/proqram təminatından istifadə edərək proqressiv forma və üsulların işlənib hazırlanması və tətbiq edilməsində iştirak etmək;

-Sənədlərin, ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsini qorumaq;

İş şəraiti:

-Tam iş günü, iş qrafiki I-V günlər, şənbə və bazar günü istirahət;

-Əmək haqqı: 1000 azn;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Baş mühasib – BOKT” qeyd edərək CV ilə müraciət edə bilərlər.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]