Nurgun Holding debitor və kreditor hesablaşmalar üzrə mühasib axtarır

İşəgötürən: Nurgun Holding
Vakansiya: Debitor və kreditor hesablaşmalar üzrə mühasib
Son tarix: 13 iyun 2022
Tələblər:
-Ali təhsil(maliyyə və muhasibatlıq sahəsi üzrə);
-Mühasibatlıq və vergi bilikləri;
-Kompüterdə sərbəst işləmək bacarığı (1C, Excel, Elektron Hökümət Portalı);
-İş təcrübəsi min. 1-2 il;
-Yaş həddi: 28-35;
İş barədə:
-Hesab-fakturalar əsasında təchizatçılarla əməliyyatların uçotu;
-Avans hesablarının gündəlik izlənilməsi və balansa nəzarət;
-Hesab-fakturalar və digər sifarişlərlə əməliyyatlar zamanı yaranan problemləri həə etmək;
-Təchizatçılar və müştərilərlə mütəmadi üzləşmələrin həyata keçirilməsi və müvafiq aktların bağlanması;
-Mühasibat uçotunda və yekun maliyyə vəziyyəti hesabatlarında əks olunan qarşılıqlı debitor və kreditor qalıqlarının təsdiqlənməsi;
-Açıq qalan məbləğlərin mütəmadi təhlillərinin aparılması və şirkətin daxili siyasətinə uyğun olaraq idarə edilməsi;
-Mühasibat yazılışlarını mütəmadi nəzərdən keçirmək, araşdırmalar aparmaq, uyğunsuzluqların olmamasına və ya aradan qaldırılmasına nəzarət etmək;
-Debitor və kreditorlarla hesblaşmalardan yaranan digər fəaliyyətlərin həyata keçirilməsi.
CV göndərərkən mövzu qismində “Mühasib (debitor-kreditor)” sözünün yazılması mütləqdir!
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 7 saat
- 4 gün, 11 saat, 2 dəq
- 4 gün, 16 saat, 43 dəq
- 4 gün, 16 saat, 47 dəq
- 4 gün, 16 saat, 53 dəq