Novator Pharma aparıcı mühasib axtarır
İşəgötürən: Novator Pharma
Vakansiya: Aparıcı mühasib
Son tarix: 13 oktyabr 2022
İş barədə məlumat:
-Həftə içi 5 gün stabil iş rejimi (saat 09:00-dan 18:00-dək), şənbə günü qısa iş günü (09.00 -15.00), bazar istirahət günü
-Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
-BTP proqramı, 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (e-gov.az,e-taxes.gov.az və digər portallardan istifadə etmək )
-Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
-Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət
-E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
-ƏDV,ÖMV, sadələşmiş gəlir, mənfəət, DSMF, statistika, məşğulluq və hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
-Gömrük işlərinin aparılması, məhsulların rəsmi sənədləşməsinə nəzarət
-Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
-Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi
Namizədə tələblər:
-Maliyyə-mühasibatlıq sahəsi üzrə Ali təhsil və ən az qeyd edilən vəzifə üzrə 3-5 il iş təcrübəsi (tikinti-quraşdırma sahəsində iş təcrübəsi ) həmçinin 25-35 yaş arası kişi namizədlər CV göndərə bilər
-Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək
-AR-sı Əmək və Vergi məcəlləsini, həmçinin tələb olunan digər qanunvericilik aktlarını bilmək
-Milli mühasibat uçotu standartlarını bilmək
-Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları
-Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
-Balansın çıxarılması üzrə biliklərə sahib olmalı
Vakansiya üçün müraciət etmək istəyən uyğun namizədlər öz CV formasını [email protected] elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “Aparıcı mühasib” sözləri qeyd edilməlidir). Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılıb müsahibə mərhələsinə dəvət olunacaq.
Vakansiyalar
-
2 ay, 2 həftə, 1 gün, 36 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 4 gün, 1 saat, 31 dəq
- 7 ay, 2 həftə, 4 gün, 3 saat, 24 dəq
- 10 ay, 3 həftə, 1 gün, 22 saat, 9 dəq
-
11 ay, 3 gün, 17 saat, 40 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır