Nəqliyyat şirkətinə anbardar tələb olunur

Anbardar


İş elanını dərc edən –ASE Logistics

Akansiya – Anbardar

Öhdəliklər:

-Anbara qəbul edilən malların siyahı üzrə yoxlanılmasını və nəzərdə tutulan zonalara yerləşdirilməsini təşkil etmək;

-Sifarış tələbi əsasında anbardan mal çıxışını təşkil etmək;

-Anbarda olan məhsulların təhlükəsiz saxlanılmasının təmin etmək;

-Saxlama rejiminə əməl olunmasına riayət etmək;

-Daxil olan yüklərin qəbul edilməsi üçün yer hazırlamaq;

-Anbar əməliyyatlarının uçotunun aparılmasında iştirak etmək;

-Malların inventarizasiyasının aparılmasında iştirak etmək;

-Anbar qalığına nəzarəti həyata keçirmək;

-Anbar sənədlərinin vaxtlı vaxtında sistemə işlənilməsi və günlük yoxlanılmasını təmin etmək;

-Təhlükəsizlik texnikasının tələblərinə uyğun anbarın bütün sahələrində yükləmə-boşaltma işlərinin vaxtında aparılmasını təmin etmək;

-Aylıq stok sayımınında iştirak etmək, stokda olan çatışmamazlıqları müəyyən etmək və müvafiq hesabat hazırlamaq;

-Malın hərəkəti ilə bağlı bütün əməliyyatları prosedurlar üzrə tələb olunan sənədlər əsasında icra etmək (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək;

-Satınalma və Maliyyə şöbəsi üçün hesabatların tərtib edilməsi;

Tələblər:

-Müvafiq sahə üzrə azı 1-2 il iş təcrübəsi;

-Microsoft Office proqramlarını istifadə etmək;

-Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;

-Kollektivlə işləmə bacarığı;

-Operativ, gördüyü işə cavabdehlik.

İş qrafiki:

-Həftə içi 5 gün saat 09:00 – 18:00, şənbə günü 10:00 – 17:00;

-Qeyri iş saatlarında zəngləri və e-poçtları cavablandırmaq

-Əməkhaqqı: müsahibə əsasında təyin olunacaq

-Ünvan: Üzeir Hacıbəyov 61B.

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına [email protected]z mövzu hissəsinə “Anbardar” yazaraq göndərə bilərlər.

Şirkət haqqında
“ASE Logistics” nəqliyyat şirkəti Azərbaycanın yükdaşıma bazarında 1994-cü ildən fəaliyyət göstərir. “ASE Logistics” beynəlxalq daşımalar üzrə tam xidmətlər spektrini təqdim edir. Fəaliyyət göstərdiyimiz müddətdə biz nəqliyyat, ekspeditorluq və gömrük xidmətləri sahəsində əsaslı təcrübə qazanmış və özümüzü etibarlı və yüksək ixtisaslı tərəfdaş kimi təsdiq etmişik. 1994-ci ildə Azərbaycanda ilk və yeganə Beynəlxalq Sürətli Hava Daşımacılığı kimi yaradılmış “ASE Logistics”, geniş agentlik şəbəkələri ilə Dünyanın hər yerinə kuryer, hava, karqo, quru yolu və dəniz yolu xidmətləri ilə idxalat və ixracat üçün yük daşımaları üzrə xidmət sahəsini şaxələndirmişdir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]