Mühasibatlıq şöbəsinə kiçik mütəxəssis tələb olunur

Mühasib


İş elanını dərc edən: “Şam – Fi” MMC
Vakansiya: Mühasibatlıq şöbəsi kiçik mütəxəssis
Son tarix 03 mar 2023
Namizədə dair tələblər:
-Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və əlaqəli ixtisaslar üzrə təhsili olan namizədlərə üstünlük verilir)
-Müvafiq sahədə minimum 1 il iş təcrübəsi arzuolunandır;
-Microsoft Office biliklərinin olması (Excel yüksək səviyyədə)
-E-gov.az, .e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
-Vergi, əmək qanunvericilikləri üzrə biliklər
-Komanda ilə işləmək bacarığı
Əmək haqqı: Aylıq 500 AZN.
İşin təsviri:
-Mühasibat hesablarının müxtəlif sahələri üzrə əməliyyatların (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin,
istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının
aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlər və s. hesabı) yerinə yetirilməsi;
-Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesablarında əks
etdirilməsi;
-Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün
şəkildə hazırlanması;
-Elektron Qaimə, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi;
-Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
-Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqların icra edilməsi.
Uyğun namizədlər mövzu hissəsində “Maliyyə Departamentinin Mühasibatlıq şöbəsinin kiçik mütəxəssisi”
qeyd edərək [email protected] mail ünvanına CV-lərini göndərə bilərlər.

“Şam-Fi” MMC 2004-cü ildə yaranmışdır. İlk zamanlar topdan satış mərkəzi kimi fəaliyyətə başlayan şirkətimiz qısa müddət ərzində inkişaf edərək yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət şirkətinə çevrilmişdir.

Daha sonra istehlakçılara daha yüksək səviyyəli xidmət göstərmək və keyfiyyətli brendlərin Azərbaycan vətandaşlarının istifadəsinə təqdim edə bilmək məqsədilə şirkətimiz distribüter fəaliyyətinə qədəm qoyur. Başlanğıcda yalnız Türkiyə Respublikasından qıda məhsullarının idxalı ilə fəaliyyətə başlayan şirkətimiz, hazırda əməkdaşlıq etdiyi ölkələrin siyahısına Rusiya Ukrayna, Almaniya, Hollandiya, Fransa, İtaliya, Belçika, Misir və s. kimilərini əlavə etmişdir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]