Mühasib axtarılır

Mühasib


İşəgötürən – Azprotein Foods Group

Namizədə Tələblər:

Müfaviq sahə üzrə ali təhsil

Yaş həddi:  25 – 45 yaş

Staj: 5 – 10 il (sahə üzrə təcrübə mütləqdir)

Microsoft Office proqramlarını (Word, Excel) yaxşı səviyyədə bilmək

1C mühasibatlıq proqramında işləmək bacarağı və minimum 2 il təcrübə.

Vəzifə öhdəlikləri:

Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili

Daxili mühasibat uçotunun aparılması

Gündəlik satış sənədlərinin 1C proqramında işlənilməsi

Əmək haqqının hesablanması

Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi (PL, mənfəət-zərər, balans, pul axını, debitor-kreditor);

Məhsulların maya dəyərinin hesablanması

Bank əməliyyatlarının aparılması

Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi və uçotun aparılması

Gömrük bəyannamələrinin işlənməsi

Elektron qaimə-fakturaların tərtib olunması və göndərilməsi

Mühasibatlıq hesabatlarının vaxtında və düzgün hazırlanması.

Əmək haqqı: 800 -1000 manat (təcrübədən asılı olaraq)

İş qrafiki: 6 günlük.

Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis işləyir (Müəssisə Buzovna qəsəbəsində yerləşir).

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla   [email protected]   elektron ünvanına göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]