MKT İstehsalat Kommersiya MMC əsas vəsaitlər üzrə mühasib axtarır

İşəgötürən: MKT İstehsalat Kommersiya MMC
Vakansiya: Əsas vəsaitlər üzrə mühasib
Son tarix: 22 oktyabr 2022
Vəzifə öhdəlikləri:
-Əsas vəsaitlərin qeydiyyatının aparılması;
-Əsas vəsaitlərin xüsusiyyətləri (marka, istehsal tarixi və s.) üzrə məlumatların dəqiq əks etdirilməsi;
-Əsas vəsaitlərin müvafiq qaydada qeydiyyatının aparılması;
-Əsas vəsaitlərin istehsalata və layihələrə yönəldilməsinə nəzarət etmək;
-Əsas vəsaitlərin amortizasiyası və təmirinə nəzarət;
-Əsas vəsaitlərin vaxtaşırı inventarizasiyası (kvartal, il);
-Əsas vəsaitlərin yerdəyişməsi prosedurlarının əməl olunmasına nəzarət;
-Əsas vəsaitlərin uçotunun aparılması və 1C proqramına daxil edilməsi;
-Kapital Məsrəfləri (CAPEX) hazırlanması;
-Əsas vəsaitlərin səmərəli istifadə olunması üzrə təkliflərin verilməsi;
-Əsas vəsaitlərin sənədləşdirilməsi üzrə vaxtaşırı təftişi;
-Maliyyə şöbəsindəki digər bölmələrə tapşırıqların yerinə yetirilməsində dəstək.
Tələblər:
-Maliyyə/mühasibat uçotu/riyaziyyat üzrə ali təhsil;
-Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi
-Verilən sahə üzrə Vergi Məcəlləsi, NK Qərarları və s. müvafiq biliklər;
-Analitik təhlil qabiliyyəti;
-MS Excel proqramı ilə yükək səviyədə işləmək bacarığı;
-1С 8.3. Proqramında işləmək bacarığı
Səriştələr:
-Məsuliyyətli
-Şəxsi inkişafa meylli
-Pozitiv
-Özünütəşkiletmə qabiliyyəti
-Nailiyyət yönümlülük
-Etibarlılıq
-Dürüstlük
Əlavə məlumat:
-Əmək haqqı razılaşma əsasında;
-İş qrafiki: Beş günlük iş həftəsi (09:30-18:30);
-İş yeri: Baki şəhəri, Qafqaz Business Center;
-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 1 ay, 2 həftə, 55 dəq
-
1 ay, 3 həftə, 4 gün, 20 saat, 26 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 4 saat, 24 dəq
- 2 ay, 3 gün, 4 saat, 14 dəq
- 2 ay, 3 gün, 4 saat, 17 dəq