MKT İstehsalat Kommersiya MMC əməliyyatçı axtarır (Gilan Tekstil Park)

İşəgötürən: MKT İstehsalat Kommersiya MMC
Vakansiya: Əməliyyatçı (Gilan Tekstil Park)
Son tarix: 04 sentyabr 2022
Vəzifə öhdəlikləri:
-Davamiyyət üzrə gündəlik iş aparmaq və birbaşa rəhbərə məlumat vermək.
-Xəstəlik, boş dayanma,məzuniyyət ilə bağlı məlumatları cədvələ əlavə etmək.
-Əlavə saatlarla bağlı xidməti məlumatlara nəzarət etmək.
-Daxil olunmuş CV-ri aidiyyatı qovluqlara daxil etmək.
-Perkotek proqramı ilə işləmək.
-Aylıq növbə cədvələrini tələb etmək və nəzarət etmək (shift).
-Günlük davamiyyətlə bağlı məlumatları birbaşa rəhbərə göndərmək.
-İşçilər üçün bank kartları və giriş-çıxış kartlarını sifariş etmək.
-Daxili davamiyyət proqramında (perkotek) işçilərin davamiyyətinə nəzarət etmək.
-İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq.
-Şöbə daxilində sənədləri çeşidləmək və arxivləşdirmək
-Daxili sənəd dövriyyəsini icra etmək.
Tələblər:
-Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır.
-Dəqiqlik, operativlik, dürüstlük.
-Əmək haqqı-300-350.
Səriştələr:
-Məsuliyyətli
-Şəxsi inkişafa meylli
-Pozitiv
-Özünütəşkiletmə qabiliyyəti
-Nailiyyət yönümlülük
-Etibarlılıq
-Dürüstlük
Əlavə məlumat:
-Əmək haqqı razılaşma əsasında;
-İş yeri: Sumqayıt şəhəri, Gilan Tekstil Parkı;
-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
CV-nin göndərilməsi üçün link