Mətanət A YSM anbardarı axtarır

Anbardar

metaneta is


“Mətanət A” şirkəti YSM (yanacaq və sürtkü materiallari) Anbardarı vakansiyanı elan edir

İşin təsviri:

– Ehtiyat hissələrinin qəbulu, saxlanması və təyinatı üzrə təhvil verilməsi işlərinin həyata keçirilməsi

– Anbar ehtiyatlarının təyinatı, saxlanma şəraiti və digər təsir edə biləcək amillər nəzərə alınmaqla anbarda yerləşdirilməsi, qorunub saxlanılması

– Yanğından mühafizə vasitələrinin mövcudluğu və onların daima saz vəziyyətdə olmasının nəzarətdə saxlanılması

– Əməyin mühafizəsi norma, qayda və təlimatlarına riayət etməklə yükləmə-boşaltma işlərinin həyata keçirilməsinin təşkili

– Malı müşayiət edən sənədlərin toplanması, saxlanması və mütəmadi olaraq aidiyyətli strukturlarda qeydiyyatının aparılması

– Ehtiyat hissələri qiymətlilərinin plana müvafiq olaraq inventarizasiyasının aparılmasının təşkili

– Anbara daxil olan qiymətlilərin qeydiyyatının aparılmasının təşkili

– Müvafiq sənədləşmələr əsasında anbardan mal çıxışını təmin edilməsi

– Mal çıxışlarına uyğun olaraq satınalma sifarişlərinin hazırlanması, təminat prosesinə nəzarət

– Xüsusi saxlanılma şəraiti tələb edən malların istehsalçlnln tövsiyyə etdiyi standartlara uyğun formada yerləşdirilməsinə, saxlanılmasına nəzarət işlərini həyata keçirilməsi

– Anbardan mal çıxışları zamanı son istifadə tarixi əsas götürülərək daha az ömrü qalmış detal və sərf mallara üstünlük verilməsinin təmin edilməsi

– Son istifadə tarixi yaxınlaşan hərəkətsiz malların hesabatlarını mütəmadi olaraq rəhbərliyə təqdim edilməsi, habelə belə mallar alışlarına dair sifarişlər olarsa dərhal üst rəhbərləri məlumatlandırması

– Avtomobil, motonəqliyyat, traktor və digər nəqliyyat vasuitələrinin mexaniki və yarım avtomat vasitələrin köməyi ilə yanacaq və sürtgü materialları-benzin, kerosin, yağ və s. İlə doldurulması

– Avadanlığın təmiri üzrə sifarişlərin təqdim edilməsi və onların təmirdən sonra qəbulu

– Neft məhsullarının     doldurma məntəqəsinə daşınması üzrə sifarişlərin təqdim edilməsi

– Maddi-hesabat sənədlərinin aparılması

– Ölçü cihazları və aparatlarının yoxlanılması müddətinə nəzarət

– Xidmət olunan avadanlığın xırda, nasazlıqlarının aradan qaldırılması, təmizlənməsi və yağlanması

Əmək haqqı: 700-800

İş şəraiti:

– İş saatı: 08-00-dan 17-00-dək;

– Bazar günü istirahət;

– Nahar şirkət tərəfindən verilir;

– İş yeri: masazir.

Tələblər:

– Təhsil: Ali və ya Orta ixtisas

– Kompüter biliyi: MS Office (Word, Excel) 1C

– İş təcrübəsi: Müvafiq sahə üzrə 3 il.

– Ehtiyat hissələri və maşın mexanizmləri tanıması, onların iş prinsiplərini bilməsi arzuolunandır

– Anbar idarəetmə proqramlarında işləmə bacarığı, proqramın məntiqi əsaslarını bilməsi, logistika sahəsinə aid biliklər arzuolunandır

Qeyd:

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]