Lizinq şirkətinə “Baş Mühasib” tələb olunur

Mühasib

muhasib6


Prior Leasing-də “Baş Mühasib” vakansiyası mövcuddur.

Vəzifə Öhdəlikləri:
-Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət edilməsi;
–  Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkili və nəzarət edilməsi;
– İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasına, əmtəə-mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi;
– Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;
– Vergi, Statislika, Məşğulluq və DSMF hesabatların hazırlanması və göndərilməsi;
– Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkili;
– Vergi və mühasibat uçotunun aparılması;
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi – Onlayn bankçılıq ilə ödənişlərin həyata keçirilməsi;
-Qaimə və Vergi hesab fakturaların yazılması və üzləşmə aktların tərtib edilməsi;
– Debitor və kreditor hesablaşmaların aparılması;
– Əmək haqqı, məzuniyyətlərin hesablanması.
 Tələblər:
-Təhsil – Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və audit);
– Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi;
– Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər;
– “Peşəkar Mühasib Sertifikatı” olan namizədlərə üstünlük veriləcək;
– 1C, Excel proqramlarından yaxşı səviyyədə istifadə etmək;
– e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı.
 
İş şərtlərimiz:
 
– 5 günlük iş qrafiki, 08:30 – 17:30;
– Əmək haqqı: 2500 AZN;
– İş yeri: Ziya Bünyadov 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş Mühasib” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]