Lisey müdir müavini axtarır

İşəgötürən: Türk Dünyası Atatürk Liseyi
Vakansiya: Müdir müavini
Son tarix: 12 may 2022
Vəzifə öhdəlikləri:
-Liseyin işini, habelə onun quruluş bölmələri, işçiləri arasında daimi və təsirli qarşılıqlı əlaqələri təşkil etmək;
-Müvafiq tədris müəssisələri, yaradıcılıq ittifaqları, idarə və təşkilatlarla əlaqə yaradır, birgə kütləvi tədbirlər keçirir;
-Problemlər barədə bilavasitə liseyin rəhbərinə məlumat vermək;
-Liseyin fəaliyyətinin cari və gələcək plan və proqramlarının tərtibatını təşkil etmək, onları Direktorun təsdiqinə təqdim etmək və Direktorun təsdiq etdiyi plan və proqramların yerinə yetirilməsini təmin etmək;
-Liseyin Nizamnaməsinin tələblərinin, habelə Direktorun bütün qərarlarının yerinə yetirilməsini təmin etmək;
-Liseyin fəaliyyətində qüvvədə olan qanunvericiliyə riayət olunmasını təmin etmək;
-Vəzifəsi çərçivəsində Direktor tərəfindən ona tapşırılan digər vəzifələri yerinə yetirmək;
Vəzifəyə olan tələblər:
-4-5 illik iş təcrübəsi (2 il direktor müavini kimi iş təcrübəsi, 3 ildən çox pedaqoji fəaliyyət);
-Özünü daim inkişaf etdirmə və öyrənmə bacarığı;
-Ciddi və məsuliyyətli.
Vəzifə haqqında məlumat:
-İş günləri: 1-6 günlər, bazar günü istirahət;
-Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq.
Maraqlanan və uyğun namizədlərin CV-lərini mövzu hissəsində “Direktor müavini” qeyd etməklə yönləndirmələri xahiş olunur. Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.
Tel: (+994)12 310-39-22
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
16 saat, 53 dəq
Bank Respublika ASC qeyri-kredit sahəsi üzrə auditor axtarır
- 16 saat, 55 dəq
- 16 saat, 57 dəq
- 16 saat, 59 dəq
- 17 saat, 1 dəq