Quba Palace Hotel satış və marketinq şöbəsinin müdir müavini axtarır

Müdir müavini


İşəgötürən: Quba Palace Hotel

Vakansiya: Satış və Marketinq şöbəsinin müdir müavini

Son tarix: 05 avqust 2022

Vəzifə öhdəlikləri:

-Gündəlik olaraq  məsuliyyəti daxilində olan sahənin əməliyyatların  ən yaxşı şəkildə icra edilməsinə cavabdehdir;

-Vəzifə öhdəliklərinin icrasında əsas direktorın göstrişlərini  və Qrup standartlarını  əsas götürür;

-Görülən işlər ilə əlaqədar bir çox sahələrdə dərin biliklərə sahib olmalıdır. Rəqiblər, bazar və makro iqtisadi anlayışlara sahibdir;

-Öz sahəsiylə əlaqədar bütün məhsul və xidmətlər haqqında ixtisas səviyyəsində malumatlara sahibdir;

-Otelin maksimum dolu olmasına cavabdehdir  və bununla əlaqədar tələb olunan tədbirləri həyata keçirir;

-Otelə keçirilən  Satış və marketinq ilə əlaqədar görüşlərdə iştirak edir;

-Satış və marketinq ilə əlaqəli büdcə, biznes plan,aylıq, illik fəaliyyət planlarının hazırlanmasına və təqib edilməsinə cavabdehdir;

-Satış və marketinq strategiyası ilə əlaqədar şöbə daxili menecerlərin işini koordinasiya edir;

-Otaq satışlarına nəzarət edir, Aksiyalar və Stop Sale qərarlarını verir;

-Aylıq və illik Satış və Marketinq hesabatlarını və statistikalarını hazırlayır və periodik şöbə daxili və Otel rəhbərliyi ilə yığıncaqlar təşkil edir,

-Ölkə daxili və xarici sərgilərdə iştirak edir, oteli təmsil edir və tələb olunan danışıqları həyata keçirdir;

-Görülən işlərin arxivləşdirməsi  məqsədi ilə sənədləri hazırlayır;

-Növbəti il  üçün strategiyaları planını hazırlayır, otel direktorı ilə razılaşdırır və ona uyğun xərəkət edir;

-Növbəti il üçün otelin satış və marketing strategiyalarına uyğun müqavilələrin bağlanmasını təmin edir;

-Tur agentliklər ilə işlərin aparılması məqsədi ilə Quba Palace  oteli üçün kataloqların,  bukletlərin hazırlanmasını təmin edir;

-Agentliklərdə olan məlumatların düzgün olmasına və mütəmadi yenilınməsinə cavabdehdir;

-Əməkdaşlıq etdiyimiz agentliklərdə Quba Palace oteli üzrə xidmətlərin dəyərləndirilməsini aparır;

-Bütün çap olunan materialların dizaynı, çap olunmasına və paylaşmasına nəzarət edir;

-Qazet və jurnallarda yerləşdirilən elanlara nəzarət edir;

-Maliyyə şöbəsi ilə əlaqəli agentliklərin otelə olan borclarına nəzarət edir;

-Hər ayın sonunda direktora satışlar barədə hesabat verir;

-İşçilərin əməyin mühafizəsi qaydalarına əməl olunmasına nəzarət edir;

-Digər otellər ilə etik qaydalara və şəffaflıq prinsiplərə əsasən əməkdaşlıq edir;

-Sektor üzrə yeniliklərə sahib olmalıdır,  müxtəlif sərgilərdə, təlimlərdə iştirak etməlidir və məlumatları işçiləri ilə bölüşməlidir;

-Müsafir şikayətlərini cavab verə biləcək ierarxiya quruluşuna görə və qonaq şikayətinin qiymətləndirmə proseduruna əsasən həll olunmasını təmin etməlidir;

-Tabeçiliyinizdə olan işçilərin iş qaydalarına əsasən vəzifə öhdəliklərini yerinə yetirilməsinə cavabdehdir və bunun üçün qərarlar vermək səlahiyyəti  var;

-Tabeçiliyində olan işçilərin iş cədvəlini tərtib etmək  və işçilərin davamiyyətinə nəzarət edir;

-Şöbənin büdcəsini tərdib etmək və ona nəzarət etmək;

-Otelin direktoruna tələb olunan hesabatları və məlumatları vaxtında təqdim edir;

-Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

Namizədə tələblər:

-Marketinq sahəsində 5 il müvafiq vəzifə üzrə iş təcrübəsinə malik olmalıdır;

-İdarəetmə və qərarvermə qabiliyyətinə malik olmalıdır;

-Stressə davamlı olmalıdır;

-Keyfiyyətə və nəticəyə yönəlmə bacarığı;

-İnam yaratma bacarığı;

Nəqliyyat və yataqxana ilə təmin olunma;

Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;

Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.

Vakansiyaya uyğun olan namizədlər CV-lərini göndərə bilərlər.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]