Baş mühasibin müavini axtarılır

Müdir müavini

direktor, müavin


İşəgötürən – Amoris



Ümumi məlumatlar:

Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);

Baş mühasibin müavini/Aparıcı mühasib kimi ən azı 3 il iş təcrübəsi (istehsalat sahəsi);

Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;

Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;

Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)

MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;

ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli

İş haqqında:

Vergi, statistika və DSMF hesabatların hazırlanması;

Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;

Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;

Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;

Baş mühasib və digər rəhbərlər tərəfindən verilən tapşırıqları yerinə yetirilməsi.

Tələblər:

Ali təhsil (Maliyyə və ya mühasibat ixtisası üzrə)

Maliyyə-mühasibat sahəsində minimum 5 il iş təcrübəsi (kənd təsərrüfatı və ya istehsal istiqamətləri arzu olunandır)

Mühasibatlıq və maliyyə sahəsində sertifikatlarının olması üstünlükdür

Komanda ilə işləyə bilmə bacarığı

Əmək haqqı: 2500 azn

İş qrafiki: 6 günlük, şənbə qısa iş günü

Həftə sonu şimal regionda yerləşən layihələrə ezamiyyət.

Cvlərinizi mövzunun başlığı altında [email protected] adersinə göndərin.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]