“Korporativ hüquq və əmlak şöbəsində Arxivçi” tələb olunur

İşəgötürən – Azərsun Holdinq
Vəzifə – Korporativ hüquq və əmlak şöbəsində Arxivçi
Ümumi məlumat:
– Sənədlərin arxivə qəbul edilməsi, onların istifadəsi və mühafizəsi qaydalar haqqında əsasnamə və təlimatları bilməli;
– Kargüzarlığın vahid dövlət sistemini bilməli;
– Daimi və müvəqqəti mühafizədə olan sənədlərin təsvirinin tərtib edilməsi qaydasını bilməli;
– İşlərin rəsmiləşdirilməsi və onların mühafizəsi və istifadəsi üçün hazırlanma qaydasını bilməli;
– Müəssisə, idarə və təşkilatların strukturunu bilməli;
– Daxili əmək intizamı qaydalarını bilməli;
– Əməyin təşkilinin əsaslarını bilməli;
– Əməyin mühafizəsi, təhlükəsizlik texnikasını bilməli;
– İstehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını
İş haqqında:
– Arxivə daxil olan sənədli materialların mühafizəsini və qorunub saxlanılmasını təmin edir;
– Kargüzarlıqda başa çatmış sənədləri müəssisə, idarə və təşkilatların və onların struktur bölmələrindən qəbul edir;
– İş nomenklaturasının işlənib hazırlanmasında iştirak edir, arxivə təhvil verilməsində onların formalaşmasının və rəsmiləşdirilməsinin düzgünlüyünü yoxlayır;
– Qüvvədə olan qaydalara uyğun olaraq mühafizə vahidlərini şifrələşdirir, sistemləşdirir və işləri yerləşdirir, onların hesabını aparır;
– Daimi və ya müvəqqəti mühafizədə olan vahidlərin siyahıya alınmasını, eləcə də dövlət mühafizəsinə veriləcək sənədi mühafizə vaxtı keçmiş materialların silinməsi və məhv edilməsi aktlarını hazırlayır;
– Arxiv sənədlərinin elmi və praktiki qiymətləndirilməsi ekspertizası işində iştirak edir;
– Arxivin yerləşdiyi yerdə yanğından mühafizə qaydasının gözlənilməsinə nəzarət edir;
– Arxiv sənədlərini və surətlərini verir və arxiv sənədlərində olan məlumatlar əsasında lazımi arayışlara, tələblərə cavab tərtib edir və onların hesabını aparır;
– Arxivin işi haqqında hesabatı tərtib etmək üçün məlumatlar hazırlayır;
– Sənədlərin elektron bazaya yerləşdirilməsi və electron bazanın idarə olunmasını icra edir.
Göstərilən tələblərə cavab verən namizədlər hr.azersun.com (link) saytından qeydiyyatdan keçərək və ya c[email protected] poçt adresinə vakansiyanın adını qeyd edərək “Korporativ hüquq və əmlak şöbəsində Arxivçi” cv-lərini göndərərək müraciət edə bilərlər.
Vakansiyalar
- 4 saat, 57 dəq
- 5 saat, 4 dəq
- 5 saat, 8 dəq
- 5 saat, 11 dəq
- 5 saat, 18 dəq