Kontakt Home anbardar axtarır (Gəncə)

İşəgötürən: Kontakt Home
Vakansiya: Anbardar (Gəncə)
Son tarix: 10 sentyabr 2022
Vəzifə öhdəlikləri:
-Məhsulların yük maşınlarından boşaldılması, anbara qəbul edilməsi, yerləşdirilməsi və çıxışı prosesinin təşkil olunması;
-Anbara daxil olan yüklərin faktiki miqdarını, məhsulların vəziyyətinin yoxlanması, qablaşdırmasında zədələnmə, əzilmə halları aşkar olunduqda akt tərtib edilməsi, struktur rəhbərinin məlumatlandırılması;
-Məhsulların xüsusiyyətindən asılı olaraq onların modellərə uyğun çeşidlənməsi və yerləşim planına uyğun olaraq yerləşdirilməsi işinin təşkil edilməsi;
-Anbarda mütəmadi olaraq məhsulların çeşidləri üzrə inventarizasiya işinin təşkili, zərər görmüş, istifadəyə yararsız məhsulların qeydiyyatının aparılması və aktlaşdırılması;
-Anbarda olan məhsulların təhlükəsiz saxlanılmasının təmin edilməsi;
-Topdan və korporativ satış məhsullarının sifarişlər üzrə yığılmasının, yoxlanılması və maşına yüklənməsinin təşkil olunması;
-Çatdırılma üçün hazır olan məhsulların sistemə daxil edilməsi və daşınması üçün logistika şöbəsi əməkdaşlarına təhvil verilməsi;
-Region anbarlarının məhsullarla təmin olunması üçün verilən göstərişlərin təmin edilməsi.
Tələblər:
-Ali təhsil;
-Müvafiq sahə üzrə 2 ildən çox təcrübə;
-1C, Micro yazılım və MS Excell;
-Dəqiq və məsuliyyətlilik:
İş şəraiti:
-İş günləri: I-VI günlər;
-İş saatı: 09:00-18:00.
Vakansiyanın adını qeyd etmək e-mail [email protected] ünvanına göndərə bilərlər
Həmçinin birbaşa CV-nizi göndərmək üçün link keçid edib müraciət edə bilərsiniz.
Vakansiyalar
- 1 saat, 49 dəq
- 1 saat, 51 dəq
- 2 saat, 6 dəq
- 2 saat, 8 dəq
- 2 saat, 22 dəq