İstixana müəssisəsinə “Anbardar” tələb olunur

Anbardar


İş elanını dərc edən – AZAQROTAXIL MMC

Vakansiya – Anbardar

Əmək haqqı 600.Azn
İş günü həftənin 6 günü
Bazar günü istirahət

Vəzifə öhdəlikləri:

-Anbara daxil olan malların düzgün yerləşdirilməsini təmin etmək;

-Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək;

-Sifariş tələbi əsasında anbardan buraxılan və anbara daxil olan mal-materialın giriş-çıxış sənədləri üzrə qeydiyyatını təmin etmək;

-Anbarda olan malların təhlükəsizliyini təmin etmək;

-Köhnəlmiş, zərər görmüş, istifadəyə yararsız mal-materialları təyin etmək və onların ləğv prosedurunu həyata keçirmək

-İş təcrübəsi 1-3 il

-Ünvan Pirşağa qəsəbəsi.

Vakansiyanın adını qeyd edərək e-mail adresinə [email protected] göndərməyiniz xahiş olunur.

“AzAgro” MMC –  2008-ci ildə təsis edilmişdir və 2010-cu ildən etibarən “Synergy Group” MMC-nin törəmə müəssisəsi olaraq fəaliyyət istiqamətini istixana şəraitində kənd təsərrüfatı məhsullarının istehsalının təşkilinə yönəltmişdir. “AzAgro” MMC Azərbaycanda ilk dəfə kənd təsərrüfatı sahəsində innovativ üsulların tətbiqi, müasir tələblərə cavab verən texnologiya əsasında mərkəzləşdirilmiş kompüter bazasında əkinin idarə edilməsi sistemini həyata keçirməkdədir.

“AzAgro” MMC istixana təsərrüfatları 2012-ci ilin sentyabr ayından etibarən 1 hektar ərazidə damla suvarma texnologiyası ilə qızılgülün yetişdirilməsinə başlamışdır.

İstixana ən müasir tələblərə cavab verən və tam sənaye səviyyəsində avadanlıqla təchiz olunmuş müəssisədir. Güllər tam torpaqsız mühitdə, xüsusi mineral substratlarda yetişdirilir. Suvarma, isitmə, havalandırma, iqlimin nizamlanması, pərdələmə, soyutma və s. proseslər tam avtomatlaşdırılmış şəraitdə və kompüter proqramları ilə idarə olunur. Əlimizdə olan texniki vasitələr beynəlxalq standartlara tam uyğun səviyyədə məhsulların yetişdirilməsinə imkan verir. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]