“İstehsal üzrə Mühasib” tələb olunur
AVRORA MMC “İstehsal üzrə Mühasib” vəzifəsi üzrə vakansiya elan edir!
Əsas vəzifə öhdəlikləri :
· İstehsal əməliyyatlarının maliyyətinin hesablanması;
· İstehsal xərclərinin bölüşdürülməsi;
· İstehsal əməliyyatlarının yoxlanılması, plandan kənarlaşmaların aşkar edilməsi;
· Aylıq istehsal sahələrinin inventarizasiyasında iştirak edilməsi, sayım nəticələrinin qiymətləndirilməsi və sistemə daxil edilməsi;
· Məhsul resepturalarının sistemə daxil edilməsi;
· Anbar qalıqlarının uçotunun aparılması;
· İnventarların hərəkətlərindəki anbar qalıqlarına edilən dəyişikliklərə nəzarət edilməsi;
· Gündəlik və aylıq hesabatların hazırlanması;
· Daxili hesabatların hazırlanması və təqdim olunması;
· Debitor və kreditorların uçotunun aparılması.
Tələb olunan bilik və bacarıqlar :
· Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
· Kollektivdə işləmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri :
· Təhsil: Maliyyə və ya mühasibatlıq ixtisası üzrə bakalavr dərəcəsi;
· ERP proqramları üzrə biliklər;
· Beynəlxalq maliyyə hesabatı standartları haqqında biliklər (F3);
· İş təcrübəsi: Maliyyə sahəsi üzrə 1-3 il iş təcrübəsi;
· Dil bilikləri: Azərbaycan (əla), İngilis (orta) və Rus dili (orta);
· Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı (Excel bilikləri yüksək səviyyədə).
İş şərtlərimiz :
· İş qrafiki: Tam iş günü (5 gün);
· İş saatları: 09:00-18:00;
· İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik :
· Əmək bazarında rəqabətli əməkhaqqı;
· İşçilərə qayğı proqramı;
· Peşəkar komanda mühiti;
· Nahar;
· Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İstehsal üzrə Mühasib” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
1 gün, 17 saat, 26 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
1 gün, 18 saat, 22 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 3 gün, 15 saat, 4 dəq
- 3 gün, 15 saat, 7 dəq
- 3 gün, 15 saat, 43 dəq