İri holdinqə baş anbardar axtarılır

Anbardar


İşəgütürən – Azersun Holding
Vakansiya: Baş anbardar (İmişli)

Ümumi məlumatlar
– Ali təhsilli olması;
– Riyazi biliyinin yüksək olması;
– MS Office və Unity proqramlarını bilməsi;
– 3 il anbar sahəsində təcrübə olması;
– Diqqətli və məsuliyyətli olması.
İş haqqında məlumat
– Məsuliyyətində olan bütün anbarların təmiz, səliqli və nizamlı olmasına nəzarət etmək;
– Anbarların olan malların təhlükəsizliyindən cavabdeh olmaq;
– İş gününün əvvəlində və sonunda stok təftişini etmək, məlumatları müdiriyətə bildirmək;
– Anbar nəzarətçiləri tərəfindən tərtib edilən fakturalarda göstərilən miqdarın dəqiq olaraq maşınlara yüklənilməsinə nəzarət etmək;
– Maşınlardan anbara boşaldılan məhsulların çeşidi və miqdarı ilə bağlı anbardarlardan mütəmadi məlumat almaq;
– Anbarlarda olan malların standartlara uyğun yığım və düzülüş qaydalarına nəzarət etmək;
– Malların anbarda yığım və düzülüşünü təftiş (audit) üçün nizamlı şəkildə edilməsinə nəzarət etmək;
– Anbarda işləyən heyətin işini nizamlamaq;
– Günün sonunda satışdan qayıdan maşınlara malların sürətli və dəqiq şəkildə yüklənməsinə nəzarət etmək;
– Anbarlara boşalan malların satış üçün yararlılığını yoxlamaq və rəhbərliyə məlumat vermək;
– FİFO prinsiplərinə riayət edilməsini təşkil etmək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Baş anbardar İmişli” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

İş şərtləri
İş qrafiki I-V günlər 09:00-18:00

Elanın bitmə tarixi – 31.08.2022

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]