IMA Energy mühasib axtarır

İşəgötürən: IMA Energy
Vakansiya: Mühasib
Son tarix: 15 iyun 2023
İş barəsində məlumat:
-Alış əməliyyatları üzrə daxil olan sənədlərin (Müqavilə, İnvoice, Xidmət aktı, mal qaiməsi) yoxlanılması, qəbulu;
-Qəbul edilmiş Alış sənədlərinin ERP sistemə işlənməsi;
-ERP Sistemə işlənmiş sənədlərin fiziki olaraq sistemli qovluqlarda toplanması, qorunması;
-Alış əməliyyatları üzrə müəyyən edilmiş hesabatların hazırlanması və vaxtında təqdim edilməsi;
-Layihə gəlir əməliyyatları üzrə ilkin uçot sənədlərinin yoxlanması, qəbulu və onlar üzərindən İnvoice yazılması;
-Qəbul edilmiş Satış sənədlərinin ERP sistemə işlənməsi və Sifarişçilərə göndərilməsi;
-ERP sistemə işlənmiş və təsdiq edilmiş sənədlərin fiziki sistemli formada qovluqlara toplanması və qorunması;
-Satış əməliyyatları üzrə müəyyən edilmiş hesabatların hazırlanması və vaxtında təqdim edilməsi;
-Baş mühasibin işlə əlaqədar digər tapşırıqlarının vaxtında və tələb olunan formada yerinə yetirilməsi.
Namizədə tələblər:
-Ali təhsil (Maliyyə sahəsində olanlara üstünlük verilir);
-İş təcrübəsi: Maliyyə/Mühasibatlıq sahəsində 1-3 il
-Yaş həddi: 22-30
-Microsoft Office proqramlarından sərbəst istifadə etmək bacarığı
-Dil bilikləri: Azərbaycan (əla), Rus və ingilis dilləri arzuolunandır
-Kompüter bilikləri: MS Office/Excel (əla)/1C 8.3 (əla)
Fərdi keyfiyyətlər:
-Fərdi və komandada işləmək bacarığı
-Effektiv yazılı və şifahi ünsiyyət qurma
-Xoşməramlı olması
-Peşəkar münasibətlərin qurulması
-Dəqiqilik və operativlik
İş qrafiki: 5 günlük iş rejimi
İş saatları: 9:00 dan 18:00 dək
İş yeri: Royal Park yaşayış kompleksi
Tabe olduğu departamenti: Maliyyə Departamenti
Əmək haqqı: Namizədin bilik, iş təcrübəsi və şəxsi keyfiyyətləri əsasında təyin olunacaq.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 gün, 10 saat, 33 dəq
- 2 gün, 10 saat, 36 dəq
- 3 gün, 3 saat, 51 dəq
- 3 gün, 4 saat, 33 dəq
- 3 gün, 4 saat, 35 dəq