Ideovate Consulting mühasib axtarır

İşəgötürən: Ideovate Consulting
Vakansiya: Mühasib
Son tarix: 25 iyun 2022
İş rejimi: 5 günlük (bazar ertəsi-cümə günü)
İş vaxtı: 09:00-dan 18:00-dək
İstirahət günləri: şənbə və bazar
Əmək haqqı: 600-700 manat.
Vəzifə öhdəlikləri:
-Şirkətin və müştəri şirkətlərin rəhbərlərinin müəssisəyə dair maliyyə-mühasibatlıq tapşırıqlarını icra edilməsi.
-Müştəri şirkətlərin elektron qaimələrinin göndərilməsi, müştəri bankinqlə bağlı bütün əməliyyatların (hesab açılması, kart sifarişi, əmək haqqı köçürməsi və s.) icra edilməsi.
-Şirkətlər üçün kassa və POS-terminal sifariş edilməsi, təsərrüfat obyektlərinin uçota qoyulması.
-Şirkətlərin vergi, statistika və DSMF hesabatlarının aidiyyatlı dövlət orqanlarına vaxtında təqdim edilməsi.
-Gələn uyğunsuzluq məktublarının qanunvericiliyə uyğun cavablandırılması, Vergi Orqanı ilə rəsmi yazışmaların aparılması.
-Maliyyə hesabatlarının hazırlanması, aidiyyəti üzrə təqdim edilməsi.
-Şirkətlərin göndərilən və gələn elektron qaimələrinin, alış aktlarının, Bank əməliyyatlarının, ƏDV depozit hesabının, Yük-gömrük bəyannamələrinin 1C proqramı vasitəsilə standartlara uyğun yığılması.
-Şirkətlərdə istehsal olunan məhsulların vahidinə tələb olunan xammal və material sərfi normalarının əlaqədar şəxsdən(şəxslərdən) tələb edilməsi.
Namizədə tələblər:
-Ali təhsilli;
-Azərbaycan dilində mükəmməl, rus dilini orta səviyyədə bilmək;
-Azərbaycan Respublikasının Verqi Məcəlləsini və Mühasibat uçotunun hesablar planının tətbiqinin əsas müddəalarını bilməli;
-Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək;
-1C (8.3) mühasibatlıq proqramında və BTP proqramında işləmək bacarağı;
-Məsuliyyət, düzgünlük, dəqiqlik, etibarlılıq və stressə davamlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
-Analitik təhlil bacarığı.
-Mühasibatlıq sahəsində azı 1.5 il iş stajının olması.
Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına 24.06.2022-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində “Mühasib” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
-
15 dəq
Yeni Hyundai avtomobillərini satan şirkətə Kredit mütəxəssisi tələb olunur
- 58 dəq
- 1 saat, 9 dəq
-
1 saat, 16 dəq
Şüşə və şüşə məhsullarının satışı üzrə mütəxəssis tələb olunur
- 4 saat, 11 dəq