Hüquqşünas tələb olunur

Hüquqşünas

huquqsunas 2



İşə götürən –
SF Azərbaycan BOKT

Tələblər:

Təhsil: Ali, Hüquq üzrə bakalavr və ya magistr dərəcəsi (Beynəlxalq hüquqa üstünlük verilir);

Dil bilikləri: İngilis, Azərbaycan və Rus dillərini mükəmməl bilmək;

Təcrübə: Hüquq sahəsində minimum 3 il;

Komputer bilikləri: MS Office proqramlarında peşəkar işləyə bilmək bacarığı;

Şəxsi keyfiyyətlər: Mükəmməl analitik düşüncə və güclü ünsiyyət bacarıqları; Qərarları dəqiq vermək bacarığı;

Üstünlüklər: Maliyyə sektorunda, AML/CFT üzrə təcrübənin olması;

Vəzifə öhdəlikləri:

Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Müəssisəni təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;

Müəssisənin adından bağlanılan bütün əqdlərin hüquqi ekspertizadan keçirilməsi, qanuna, müəssisənin mənafelərinə uyğun оlаn əqdlərin (müqаvilələrin) imza ilə təsdiqi və yа onlara dair yаzılı rəyin vеrilməsi, həmçinin, qаnunа, habelə müəssisənin mənafelərinə zidd əqdlərin tətbiqinin qarşısının alınması barədə rəhbərliyə səbəbi açıqlanmaqla yаzılı rəyin vеrilməsi;

Müəssisənin hüquq və maraqlarını qoruyan müqavilələrin və digər müvafiq hüquqi sənədlərin hazırlanması və yoxlanması;

Problemli kreditlərlə bağlı müraciətlərə baxılması, bildirişlərin göndərilməsi;

İddia ərizələrinin hazırlanaraq məhkəməyə göndərilməsini təmin etmək;

Problemli kreditlərlə bağlı Müəssisənin maraqlarına uyğun olmayan məhkəmə və icra şöbələrinin qərarları ilə bağlı vəsatətlər vermək, bu cür qərarlardan şikayət vermək;

Müəssisənin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində iştirak və s.

İmtiyazlar:

Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;

Müasir idarəetmə sistemi və mehriban kollektiv;

Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;

Tibbi sığorta təminatının verilməsi;

Dadlı və limitsiz qəhvə;

“Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;

İş vaxtı: 5/2, 09:00 – 18:00;


Əmək haqqı: müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir;


Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi, 21 mərtəbə;

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd edərək  [email protected]  elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]