Hüquqşünas tələb olunur

İşəgötürən – Merkuri BOKT
Namizədə tələblər:
Hüquq üzrə ali təhsil
Yaş: 25 – 35
İnsanlarla ünsiyyət qurma bacarığı
MS Office proqramlarında işləmək bacarığı
Müvafiq sahə üzrə iş təcrübəsi
Vəzifə öhdəlikləri:
Problemli müştərilərlə görüşlərin keçirilməsi, kreditlərin geri ödənişlərinin təmin edilməsi
Məhkəmələrdə, icra şöbələrində, ictimai və dövlət idarələrində şirkətin maraqlarını təmsil etmək
Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlaması;
Aidiyyatı orqanlara sorğu və müraciətlər göndərmək, daxil olmuş müraciətləri cavablandırmaq;
Şöbənin fəaliyyəti ilə əlaqədar digər tapşırıqların yerinə yetirilməsi.
İş yeri: Bakı filialı
İş qrafiki (I-V günlər 09:00-dan 18:00-dək, VI gün saat 10:00-dan 14:00-dək)
Hazır CV formalarınızı [email protected] email ünvanına və yaxud 050 271 84 32 Whatsapp nömrəsinə göndərə bilərsiniz.
Vakansiyalar
- 1 gün, 5 saat, 14 dəq
- 1 gün, 5 saat, 16 dəq
- 1 gün, 5 saat, 18 dəq
- 1 gün, 5 saat, 20 dəq
- 1 gün, 5 saat, 22 dəq