Həkim psixiatr axtarılır

Həkim


Vəzifə: Həkim psixiatr  (Reabilitasiya müəssisəsi)

İş yeri: Bakı şəhəri

İş təcrübəsi: Minumum 2-3 il iş təcrübəsi

Təhsil: Ali tibb təhsili

Yaş həddi: 27 – 55 yaş 

Vəzifə öhdəlikləri:

– Zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirlərin təşkil edilməsi və ya müstəqil surətdə aparılması;

– Stasionarda xəstəyə gündəlik baxışın keçirilməsi;

– Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edilməsi və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etməsi;

– Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımın göstərilməsi;

– Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edilməsi, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək etməsi;

– Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət etməsi;

– Orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak etməsi;

– Öz işinin planlaşdırılması və öz fəaliyyətinin göstəricilərini təhlil etməsi;

– Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etməsi;

– Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra edilməsi;

– Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak edilməsi, mütəmadi olaraq öz ixtisasını artırılması;

– Müəyyən olunmuş qaydada sertifikasiyadan keçməsi;

– Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsinin təşkil edilməsi.

Tələblər:

-Praktik-Tibbi fəaliyyətlə məşğul olmaq hüququ verən sertifikasiyası imtahanından keçmək;

-MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı.

Əmək haqqı: 1000 AZN-dək

Təminatlar:

-İllik performans göstəricilərinə uyğun mükafat sistemi;

-Kollektiv mükafat.

İş qrafiki: Həftədə 6 gün

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını yazaraq CV göndərməklə müraciət edilir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]