Fortis Group anbardar axtarır

İşəgötürən: Fortis Group
Vakansiya: Anbardar
Son tarix: 12 oktyabr 2022
İş yeri: Goranboy rayonu
Namizədə tələblər:
-Müvafiq sahə üzrə ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat);
-MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı), Unity Logo-arzuolunandır;
-Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
-Diqqətli, çevik və məsuliyyətli olmalı;
-Təhlil və analiz etmə qabiliyyətli olmalı;
-Kollektivdə işləmək bacarığı olmalı;
Əsas vəzifə öhdəlikləri:
-Əmtəə-maddi sərvətlərin anbara qəbulunun, mühafizəsinin və buraxılmasının, yenidən geri alınmasının təmin edilməsi.
-Əmtəə-maddi sərvətlərin istifadə qaydalarına (texniki şərtlərinə) uyğun şərtlərdə (məs: lazımi temperatur şəraiti, ətraf mühitin mənfi təsirlərindən qorunan məkanda və s.) saxlanılmasının təmin edilməsi.
-Məhsulların saxlanılma yerlərinin təmizliyinin təmin olunması.
-Rəsmiləşdirmə qaydalarına və mədaxil–məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi, müəyyən olunmuş hesabatların tərtib edilməsi.
-Anbardan məxaric olunan məhsulların, əmtəə-maddi sərvətlərin təhvilinə nəzarət edilməsi.
-Vaxtaşırı sistem (proqram) ilə faktiki anbarın yekunlarının və qalıqlarının müqayisəsinin aparılmasının təmin edilməsi.
-Anbardan ən çox tələb olunan əmtəə-maddi sərvətlər üçün minimum stok (ehtiyyat) siyahısının hazırlanması.
-Anbarda, yanğına qarşı ləvazimatların olmasına və onun sazlığına, avadanlığın və inventarların vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət edilməsi.
-İstehsal tarixi köhnə olan əmtəə-maddi sərvətlərlə bağlı rəhbərliyə məlumat verilməsi.
-Sistemdən yararsız əmtəə-maddi sərvətlərin rəhbərliyin icazəsi əsasında silinməsinə nəzarət edilməsi.
-Əmtəə-maddi sərvətlərin inventarlaşmasının aparılmasında iştirak edilməsi.
-İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
-Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.
Təminatlar:
-Nahar ilə təmin edilir.
-Korporativ nömrə ilə təmin edilir;
-Əmək haqqı: Razılaşma əsasında təyin olunur;
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Anbardar” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
2 gün, 3 saat, 40 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 6 saat, 39 dəq
-
2 gün, 6 saat, 40 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 6 saat, 43 dəq
- 2 gün, 6 saat, 45 dəq