“Ferrum Capital” mühasibatlıq üzrə təcrübə proqramı

Mühasib


İşəgötürən – Ferrum Capital

Vəzifə – Mühasibatlıq üzrə təcrübə proqramı

Hansı özəlliklərə malik olmalıdır?

-Maliyyə, mühasibat uçotu və ya audit sahəsində təhsil almış yeni məzunlar və ya magistratura pilləsinin tələbəsi olmalı;

-Əla səviyyədə Azərbaycan dili (Rus dili biliyi üstünlükdür);

-1C proqramından istifadə bacarığı;

-MS Office proqramları üzrə biliklər (xüsusilə Excel);

-Yaxşı səviyyədə riyazi biliklər və analitik qabiliyyət;

-Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı.

Mühasibatlıq üzrə təcrübə proqramında nə işlər görülür?

-Gündəlik və aylıq hesabatların tərtib edilməsi;

-Online kargüzarlıqla bağlı əməliyyatların icra edilməsi;

-Mühasibat sənədlərinin düzgünlüyünün yoxlanılması, saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini həyata keçirilməsi;

-Bank vasitəsilə ödənişlərin icra edilməsi;

-Excel proqramında funksiyalar və cədvəllər vasitəsilə analizlərin aparılması;

-Əlavə məlumat: 5 günlük iş qrafiki: 09:00 – 18:00

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Mühasibatlıq üzrə təcrübə proqramı” qeyd etməklə e-mail ünvanına [email protected] göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Elanın bitmə tarixi – 22.11.22

Şirkət haqqında
Ferrum Capital 2017-ci ildə yerli və xarici şirkətlərə maliyyə dəstəyi göstərmək məqsədiylə yaradılmışdır. Şirkətimizin əsas missiyası Azərbaycanın ilk müstəqil faktorinq şirkəti olaraq kiçik və orta sahibkarların maliyyə problemlərini həll etməkdir. Faktorinq xidməti vasitəsilə sahibkarlar nisyə satışlarını artıraraq maliyyə riskini 0%-ə endirib müştəri məmnuniyyətini qoruyurlar. Nəticədə, müxtəlif xidmət və istehsalat sahələrindəki təcrübəmiz sayəsində partnyorlarımıza innovativ həll yolları təklif edirik.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]