Əmək haqqı üzrə mühasib tələb olunur

Mühasib


Şirkət: AVT Logsitcs MMC
Vəzifə: Əmək haqqı üzrə mühasib
İş yeri: Bakı şəhəri, Məhəmmədi qəsəbəsi
İş təcrübəsi: 1-3 il

İş barədə məlumat:
– 5 günlük iş həftəsi
– Nahar müəssisə tərəfindən təmin edilir.
– İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
– Endirimli tibb xidməti;
– Mobil nömrə və telefon limiti

Vəzifə öhdəlikləri:

– İşçilərin aylıq əmək haqlarını hesablamaq;
– Əmək haqqı hesablamaları ilə əlaqədar mütəmadi olaraq audit yoxlamalarını həyata keçirmək;
– Müvafiq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
– Əmək haqqı üzrə müxabirləşmələri vermək və hesabları yoxlamaq;
– Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişini həyata keçirmək;
– DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra etmək;
– Ezamiyyə haqlarının yoxlanması, hesablanması və ödənişə təqdim edilməsi;
– Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunmasını həyata keçirmək;
– Muzdlu və qeyri- muzdlu işlə əlaqədar vahid bəyannaməsini  hazırlamaq;
 
Tələblər:
– Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
– Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
– Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
– Hesabatların auditini bacarmalı;
– Analitik düşünmə qabiliyyəti olmalı;
– Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus və ingilis dili isə arzuolunanndır
– Microsoft Ofis (Excel proqramı yüksək səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı;
 
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “ Əmək haqqı üzrə mühasib ” yazmaqla CV göndərərək müraciət edə bilərsiniz.
Son müraciət tarixi 23.01.2023

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]