eManat mühasib-xəzinədar axtarır (Kürdəmir)

-İşəgötürən: “eManat”
-Vakansiya: Mühasib-Xəzinədar (Kürdəmir)
Son tarix 16 iyn 2022
E-mail – [email protected]
Namizədə qoyulan tələblər:
Kürdəmir şəhərində yaşamalı
İqtisadi təhsili olmalı (magistr dərəcəsi olanlara üstünlük veriləcək)
3-4 il bu sahədə təcrübəsi olmalı
Exceli bilməli
1 C proqramını bilən əməkdaşa üstünlük verilir
Analitik düşünmə qabiliyyəti
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı
Vəzifə öhdəlikləri:
Gündəlik banka mədaxil ediləcək pullarla bağlı əməliyyatların həyata keçirilməsi
1C mühasibatlıq proqramına işlənmiş inkassasiya aktlarının baş ofisin tələblərinə uyğun arxivləşdirilməsi və hər ayın sonunda baş ofisə göndəriləcək vəziyyətdə paketlənməsi.
Hər iş günü xəzinədarların saydıqları pulları inkassasiya aktı ilə təhvil alıb məbləğin kassa jurnalına mədaxil edilməsi və filialın kassasına yığılması
İnkassatorların terminallardan inkassasiya etdikləri bağlamaları hesabdarla birgə aktla təhvil alınması və zirzəmiyə yığılması.
Bankdan yararsız əskinasların yararlı əskinaslarla dəyişdirilməsi,saxta olub-olmamasının yoxlanması
İş şəraiti:
Ofis daxili;
İş rejimi həftənin 6 günü
Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
Əmək haqqının 15 gündən bir ödənilməsi;
Tibbi sığorta təminatının verilməsi;
Nahar təminatının qarşılanması
“Birlikdə istirahət” tədbirlərinin keçirilməsi
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email [email protected] ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Mühasib-xəzinədar” yazılmalıdır.
Vakansiyalar
- 2 gün, 15 saat, 31 dəq
- 2 gün, 21 saat, 12 dəq
- 2 gün, 21 saat, 16 dəq
- 2 gün, 21 saat, 22 dəq
- 3 gün, 20 saat, 38 dəq