Elektrik mühəndisi tələb olunur

Elektrik


-İşəgötürən: ” ArchiCO “

-Vakansiya: Elektrik mühəndisi

– Əməkhaqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaq

-Elanın bitmə tarixi 01 may 2022

Vəzifə öhdəlikləri:

-Layihələndirmə üçün ilkin məlumatın yığılması və çertyojların çəkilməsi;

-Layihələrdə təmir-tikinti işlərinə nəzarət olunmasl, elektrik işlərinin düzgün təşkil edilməsi;

-Bina və tikililərin daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;

-Elektrik yükünün hesablanması;

-Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi;

-Yeni quraşdırılan pivot, nasosxana qurğularına elektrik xətlərinin çəkilməsi, yaranan nasazlığın aradan qaldırılması təlimatlarının verilməsi və işə ümumi nəzarət edilməsi;

-Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;

-Tabeliyində olan işçilərin işlərini təşkil olunması və onlara nəzarət edilməsi.

Namizədə dair digər tələblər:

-Müvafiq sahədə ali təhsil (elektrik mühəndisi ixtisası üzrə);

-Müvafiq sahədə 5 ildən az olmayan iş təcrübəsi;

-Müəssisənin enerji təchizatının təşkilini, elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və onların istismarını hesablama qaydasını bilməli;

-Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını bilməli;

-Elektrik sxemlərini tərtib etmək bacarığı;

-Sxemlərə uyğun elektrik şəbəkələrinin montajının aparması bacarığı;

-Aşağı və yüksək gərginlikdə işləmək üçün sertifikatının olması;

-Kompyuter bilikləri – MS Office, AutoCad, Revit (üstünlük hesab olunur) proqramları;

-Azərbaycan dilində yüksək səviyyədə danışmaq və yazışmalar aparmaq bacarığı. İngilis dilini bilmək üstünlükdür.

-İşgüzar və məsuliyyətli olmalı;

-Komandada işləmək bacarığı.

-Əməkhaqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaq.

CV və tövsiyyə məktublarınızı “elektrik mühəndisi ” başlığı ilə  elektron [email protected] ünvanına göndərməyiniz xahiş olunur. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]