“Bakı Metropoliteni” 4 vəzifə üzrə vakansiya elan edir

Elektrik


Mühasib, elektronçu, elektrik qaz qaynaqçısı və tornaçıların nəzərinə

“Bakı Metropoliteni” QSC mühasib, elektronçu, elektrik qaz qaynaqçısı və tornaçı peşə və vəzifələrinə vakansiya elan edir.

Mühasib peşəsi süzrə vakant yerə iddialılar maliyyə-mühasibat uçotu üzrə ali təhsilə malik olmalı, “1 C”, “Excel” proqramlarını mütləq bilməli, vergi qanunvericiliyi haqqında bilikləri olmalı və müvafiq sahə üzrə sertifikatlara malik olmalıdır.

Elektronçu vəzifəsinə/peşəsinə işə qəbul olunmaq üçün ali təhsillilər müvafiq sahə üzrə kurs keçməsi barədə sənədi təqdim etməli, orta-texniki təhsillilər isə sahə üzrə ən azı 3 il iş stajına malik olmalıdırlar.

Elektrik qaz qaynaqçısı və tornaçının iş təcrübələri, həmçinin müvafiq sahə üzrə vəsiqə və ya sertifikatları olmalıdır.
Elektron ərizələr “metro.gov.az” saytının “Karyera” bölməsi vasitəsilə (https://metro.gov.az/az/page/karyera/elektron-erize) doldurulmalıdır.

Müraciətlər 15 avqust 2023-cü ildən qəbul olunur. Ərizə forması doldurularkən, “işləmək istədiyiniz işin adı” xanasına vəzifənin və ya peşənin adı (məsələn, mühasib; elektronçu; elektrik qaz qaynaqçısı; tornaçı) mütləq qaydada qeyd olunmalıdır.

Ərizə formaları proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır. Bu səbəbdən sadalanan peşə və ya vəzifənin adı qeyd olmayan ərizələr CV bankına daxil olmur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]